Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1096/2024 18.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X2 oğlunın katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş borclu Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 18 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 18 noyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə ödənilməyən qalan 4901.5 manat borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş, icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 göstərmişdir ki, borclu Şəxs icra sənədi üzrə ödəməli olduğu borcunu ödəmir. Şəxs 4971.50 manat borcu olduğunu, tələbkar Zərərçəkmiş şəxs şikayətçi olduğundan Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərmişdir ki, tələbkar da borcun hissə-hissə ollmaqla (ayda 100-150 manat) ödənilməsinə razıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir borcunu ödəməkdən imtina etmir, əvvəllər işsiz olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda 2024-cü ilin sentyabr ayından "xxxx" MMC-də fəhlə işləyir, aylıq əmək haqqından borcunu ödəyə bilər. Tələbkar da borcun hissə-hissə olaraq ödənilməsinə etiraz etmir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-683/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 3150 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 5.50 manat alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-683/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)- 683/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada xx.xx.2021-ci ildə təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1311/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 2700 manat maddi ziyan, kommunal xidmət üzrə yaranmış 86 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi, Şəxs ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 20 iyun 2020-ci il tarixli kirayə müqaviləsinə xitam verilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-1311/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)- 1311/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-945/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-683/2021 və xx.xx.2021-ci il tarixli, 2(057)-1311/2021 saylı icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. “Borclunun axtarılması barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1993-cü il təvəllüdlü Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Salyan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-104/2-36493/2024 saylı məktubunun surətindən görünür ki, borclu Şəxs barəsində müvafiq tədbirlərin görülməsi üçün Salyan Rayon Polis Şöbəsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 53.0.2. inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir.
105. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İcra Haqqında Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati qaydada tənbeh nəzərdə tutulmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yəni əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun himayəsində 3 azyaşlı övladının olmasıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilməlidir. Çünki, borclu Şəxs məxsus şəxsi kartoçkadan göründüyü kimi, onun əmlakı olmasa belə, "xxxx" MMC -də fəhlə kimi işləməsi və aylıq 785,0 manat əmək haqqı alması ilə bağlı məlumat vardır. Buna baxmayaraq, icraçı bu məlumatı nəzərə almamış, yəni Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsinə əməl etməyərək, borclu haqqında inzibati xəta haqqında protokol tərtib etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva