Məhkəmə qərarları › İş №3(057)-1097/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1097/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1097/2024 18.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Sahib oğlunun iştirakları ilə xx.xx.1978-ci il tarixdə Salyan rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə, Salyan rayonu, Yenikənd kəndində fiziki şəxs X1 məxsus fermada çoban işləyən, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 18 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 18 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 18 noyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 4889/2015 saylı, 01 oktyabr 2015-ci il tarixli icra sənədi üzrə Şəxs öhdəsində olan 7650 manat aliment borcunun indeksasiyası Şəki Rayon Məhkəməsinin 8(075)-3/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərarı ilə aparılmış və borclu Şəxs borcunun 11802 manat olması müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, İcra sənədi barədə Salyan Rayon İcra və Probasiya Şəbəsinin icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilərək, ona borcun könüllü qaydada icra edilməsi üçün bildiriş və qərar təqdim edilmişdir. Məhkəməni hökmü ilə məhkum olaraq, cəza çəkmə müəssisəsində cəza çəkdiyi üçün aliment borci yaranmışdır. Əvvəllər alimenti tələbkarın hesabına ödəniş etsə də bu barədə qəbzləri təqdim edə bilmir. İcra sənədi üzrə bu gün aliment borcundan tələbkarın hesabına 400 manat öədəmişdir. Hazırda yeni iş tapıb Salyan rayonu, Yenikənd kəndində fiziki şəxs X1 məxsus fermada çoban işləyir. Hər ay aliment borcundan 200 manat ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alinmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tələbkar bugün mobil telefon vasitəsi ilə əlaqə saxlamış, o aliment borcunu tam tələb edir və borclu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs istifadəsində olan telefon nömrəsi ilə əlaqə saxlanılmışdır. Zərərçəkmiş şəxs aliment borcunun uzun illər ödənilmənəsini, şikayətçi olduğunu, aliment borcunun tam qaydada ödənilməsini tələb edərək, borclu barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsinsi bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-4889/2015 saylı, 01 oktyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən, tərəflərin birgə nikahlarından anadan olmuş – xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 60 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 8(075)-3/2024 saylı, 08 may 2024cü il tarixli icra vərəqəsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4889/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalı olan 6500 manat pul məbləğinin indeksassiyası aparılaraq və həmin məbləğin 11752 manat müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, icra sənədi barədə xəbərdardır. Salyan Rayon İcra və Probasiya Şəbəsinin icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilərək, ona borcun könüllü qaydada icra edilməsi üçün bildiriş və qərar təqdim edilmişdir. Əvvəllər alimenti tələbkarın hesabına ödəniş etsə də bu barədə qəbzləri təqdim edə bilmir. İcra sənədi üzrə bu gün aliment borcundan tələbkarın hesabına 400 manat ədəmişdir. Hazırda yeni iş tapıb Salyan rayonu, Yenikənd kəndində fiziki şəxs X1 məxsus fermada çoban işləyir. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə borclunun himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxsna inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Borclu məhkəmə iclasında əvvəlki aylarda aliment borcunun ödəməsini bildirsə də, bu barədə ödənişləri sübut edən qəbzləri məhkəməyə təqdim etməmişdir. Həmçinin borclu bugünə olan aliment borcundan 400 manat ödəməsi barədə sənəd təqdim edərək, əlavə olaraq aliment borcundan 200 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu aliment borcunu tam olaraq ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 18 noyabr 2024-cü il tarixdə, saat 17:00-dan hesablansın, inzibati həbsin sonu 28 noyabr 2024-cü il, saat 17:00-a hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar