Məhkəmə qərarları › İş №3(057)-110/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-110/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-110/2023 15.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X1, xx.xx.1989-cu ildə Salyan rayonu Həsənli kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci ildə müvafiq icazəsi olmadan atasından ona miras qalmış sənədsiz ov tüfəngini saxlamaqla Salyan rayonu Həsənli kəndində mülki silahın əldə edilməsi və saxlanması qaydasını pozmuşdur. Həmin faktla bağlı Salyan RPŞ-nin TB-də araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi Elşən Yusifov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN 1458250/31 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasından alınmış xx.xx.2022-ci il tarixli 3/1773-nömrəli ekspert rəyində təqdim edilmiş, 1 (bir) ədəd ov silahı zavod üsülü ilə hazırlanması, 16 kalibirli, tək lüləli «ИЖ-18» markalı, Y-42466-nömrəli, lülə altı yataqı C-88811 nömrəli olan xarici çaxmaqlı tüfəng olması, yivsiz odlu ov silahı olmaqla atəş açmaq üçün yararlı olması, təyinatını dəyişdirən əlavə və dəişikliklər edilmədiyi göstərilmişdir. Həmçinin qərardan görünür ki, Salyan rayonu Həsənli kəndində yaşayan Şəxs götürülmüş 1 (bir) ədəd tək lüləli, «ИЖ-18» markalı, Y-42466-nömrəli, lülə altı yataqı C- 88811 nömrəli olan xarici çaxmaqlı ov tüfəngi Salyan RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarını tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş 01 ədəd zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, tək lüləli, «ИЖ- 18» markalı, Y-42466 nömrəli, lülə altı yatağı C-88811 nömrəli olan xarici çaxmaqlı, yivsiz odlu ov silahı, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar