Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1105/2025 29.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə1, Azərbaycan Respublikası Su X6 Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X10 Azərbaycan Respublikası Su X6 Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X2 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X16 Azərbaycan Respublikası Su X6 Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan Rayon Mərkəzi X13 Şəxsdə Dəstək Xidmət Şöbəsi Təsərrüfat bölmə müdiri vəzifəsini icra edir. Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X4 tərəfindən barəsində 08 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında idarə müdiri tərəfindən 22 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin inzibati xətaya görə 2500 (iki min beş yüz) manat inzibati cərimə tətbiq edilməsi göstərilmişdir. Müvafiq qərarda “Salyan RMX PHŞ-nin fəaliyyəti zamanı formalaşan maye tullantılarının qanunvericiliyin tələbinə uyğun idarə olunmaması” qeyd edilmişdir. Qəbul edilən inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğuna, həmçinin aşağıda qeyd edilən digər hallara görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X4 tərəfindən barəsində 05 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında idarə müdiri tərəfindən 22 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokol tərtib edilən zaman onun ümumiyyətlə xəbəri olmamış və qərar qəbul edilən zaman iştirakı təmin edilməmişdir. Belə ki, qərar qəbul edilən zaman işə baxılma tarixi və saatı barədə ona məlumat verilməmiş, iştirakı təmin edilmədiyindən izahatlarını təqdim etmək imkanı olmamış, həmin protokolun əsassız və qanunsuz olması ilə bağlı müvafiq sübutları təqdim etməkdən məhrum olmuş və nəticədə, qərar qəbul edilən zaman işin faktiki halları tam araşdırılmamış və inzibati xəta törədilməsə də əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Qərarın əsassız və qanunsuz olaraq qəbul edilməsinə göstərilən dəlillərdən əlavə olaraq qeyd etmək istəyir ki, 27 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar maddi normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, qərarda “Salyan RMX PHŞ-nin fəaliyyəti zamanı formalaşan maye tullantılarının qanunvericiliyin tələbinə uyğun idarə olunmaması” qeyd edilmişdir”. Hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Onun heç bir təqsiri olmadan və bununla bağlı əsas olmadan məsuliyyətə cəlb edilmişdir. Müvafiq protokol və qərar tərtib edilən zaman tullantı suların qanunvericiliyə uyğun idarə olunmaması dedikdə nəyin nəzərdə tutulması, əgər belə bir hal varsa bununla bağlı sübutların olması və mənim ümumiyyətlə əməlində inzibati xəta tərkibinin olub-olmaması araşdırılmamışdır. Həmçinin onun vəzifəli şəxs olmağı ilə bağlı heç bir müddəa yoxdur. O, tullantı sularla bağlı heç bir qanunsuz göstəriş verməmiş və təqsiri olmayan əməllə bağlı da məsuliyyət daşımamalıdır. Təşkilat tərəfindən bu halların heç biri araşdırılmamış və qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, inzibati xəta hadisəsininin olub-olmaması müəyyən edilməli və bundan sonra bunu təsdiq edən müvafiq sübutlar əlavə edilməli idi. Belə ki, Salyan MX PHŞ 7500 manat miqdarında cərimə edilmişdir. Buna baxmayaraq yenidən onu vəzifəli şəxs kimi cərimə etmişlər. Nəticədə, əsassız olaraq vəzifəli şəxs kimi cərimə olunmuşdur. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, cavabdeh orqan iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırmamış, həmin halları sübuta yetirməmiş və nəticədə, təqsiri olmadan onu inzibati məsuliyyətə cəlb edərək cərimə tətbiq etmişlər. Odur ki, Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X4 tərəfındən qəbul edilmiş 27 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayəti qəbul etmədiyini, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(106)-417/2025 saylı qərarı ilə Salyan RMX PHŞ tərəfindən İXM-nin 264.0.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş hər iki inzibati xətaya yol verilməsinin təsdiqini tapdığını bildirərək şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, X16 barəsində Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(106)-417/2025 saylı qərarından görünür ki, səlahiyyətli orqan - 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verılmış verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(057)-639/2025 saylı qərarı ləğv olunmuş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X20 oglunun səlahiyyətli orqan - 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 05 2025-cı ıl tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəli qismən təmin edilmiş, səlahiyyətli orqan - 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxs X11 İXM-in 264.0.1 və 266.2-cı maddələri ilə təqsirli bilinərək İXM-in 34 3-cü maddəsi tətbiq olunmaqla İXM-in 266.2-ci maddəsi ilə 3.500 manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nomrəli inzibatı tənbeh vermə haqqında qərarı ləğv olunmuş, qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan hallara əsasən İXM-in 264.0.1 və 266 2-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədən müvafiq subyektlər (vəzifəli şəxs və ya hüquqi şəxs) müəyyən olunmaqla hər biri barəsində ayrıayrılıqda həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraatın aparılması məsələsinin müzakirə edilməsi səlahiyyətli orqan 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə olunmuş, inzibati xəta haqqında iş üzrə icraat materialları Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarında qeyd olunmuşdur ki, səlahiyyətli orqan tərəfindən toplanmış materiallarla, o cümlədən xx.xx.2025-ci il tarixli 89747 saylı akt, fotoşəkillər və digər sənədlərlə Salyan RMX PHŞ tərəfindən İXM-nin 264.0.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş hər iki inzibati xətaya yol verilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 3(106)-417/2025-ci il tarixli qərarına əsasən Salyan Rayon Mərkəzi xəstəxanası PHŞ-nin vəzifəli şəxsi barəsində İXM-nin 264.0.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədən subyektlər (vəzifəli və hüquqi şəxs) müəyyən olunmaqla hər biri barəsində ayrı-ayrılıqda həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraatın aparılması 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 04 iyun 2025-ci il tarixli 403 saylı Fərmanına əsasən İXM-nin 264.0.1 maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Dövlət X15 tərəfindən baxılması müəyyən edildiyindən, Şirvan Apellyasiya Məhkəməsinin qərarı inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Salyan rayon Mərkəzi Xəstəxanasının PHŞ-in fəaliyyəti zamanı formalaşan maye tullantılarının qanunvericiliyin tələblərinə uyğun idarə olunmaması nəticəsində su obyektinə axıdılması faktı müəyyən edilmişdir. Bu səbəbdən vəzifəli şəxs X16 Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Salyan rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti zamanı formalaşan maye tullantıları 22 aprel 2025-ci il tarixində CK-53 kollektoruna axıdılması faktı aşkar edilmişdir. Bu isə Su Məcəlləsinin 103-cü maddəsinin tələblərinin pozulmasına səbəb olur. Nəticədə vəzifəli şəxs X16 Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 22 aprel 2025-ci il tarixli 89747 nömrəli 3 saylı RETSİ tərəfindən tərtib edilmiş akt, F.Məmmədovun izahatı və fotoşəkillər ilə təsdiq olunur. Tullantılar haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi; H ə m i n Q a n u n u n 1 2 - c i m a d d ə s i n ə ə s a s ə n şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər: Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0, 264.0.1-ci maddələrdən görünür ki, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə; fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləlikə, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarla, Su X6 Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X2 nümayəndəsi Nümayəndə2 izahatı, həmçinin məhkəməyə təqdim olunmuş digər iş materiallarına əsasən məhkəmə iclasında müəyyən olunmuşdur ki, X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 264.0.1-ci maddəsi ilə 2500 manat cərimə edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X16 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Su X6 Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X2 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X10 hazırki şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X10 Azərbaycan Respublikası Su X6 Suların İstifadəsinə və X9 Xidmətinin 4 saylı X2 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-1105/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1105/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver