Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1108/2024 23.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Salyan rayonunda doğulmuş, orta təhsilli, evli, "xxxx" MMC-də yuyucu vəzifəsində işləyən, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Alçalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə barəsində Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 272.3-cü maddəsi ilə MN seryalı № 1954094/634 saylı, 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün 19 noyabr 2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seryalı № 1954094/634 saylı, 19 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, Salyan rayonu, Bəydili kəndinin ərazisində özünə məxsus ov silahı ilə icazə verilməyən yerdə qanunsuz ov edərək 07 ədəd çöl göyərçinini vuraraq, ov qaydalarını pozmuşdur. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən İXM-in 272.3-cü maddəsi ilə MN seryalı № 1954094/634 saylı, 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Salyan rayonu, Bəydili kəndinin ərazisində özünə məxsus “Stranger” markalı, 12 kalibirli, qoşa lüləli, 18SP1200064 nömrəli ov silahı ilə çöl sahəsində 07 ədəd çöl göyərçinlərini ovlamışdır. Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan xəbərdardı, qərardan şikayət vermək fikiri yoxdur. Ovçuluq onun peşəsi deyil və ovçuluqla ailəsini dolandırmır. Özü "xxxx" MMC-də yuyucu vəzifəsində işləyir. Törətdiyi inzibati xətaya görə özünü təqsirli bilir. Evlidir, himayəsində 03 azyaşlı uşaqları var, uşaqlarından birinin serebral iflic diaqnozu ilə xəstədir, xəstə uşağını Bakı şəhərində müalicə etdirir. Özünə məxsus ov tüfəngini istifadə etməyəcək, həmin tüfəngi sataraq uşağın müalicəsinə sərf edəcəkdir. Əməlindən peşmandır. Ov hüququnun müəyyən müddətə məhdudlaşdırılmasına etirazı yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. İXM-in 112.1.4-cü maddəsinə əsaslanaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasını rədd edilməsi, toplanmış material üzrə Şəxs İXM-in 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6954 qeydiyyat nömrəli ovçuluq biletindən görünür ki, Şəxs ovçuluq hüququ var. İş materiallarında görünür ki, “Stranger” markalı, 12 kalibirli, qoşa lüləli, 18SP1200064 nömrəli ov silahı 3261 nömrəli şəhadətnamə əsasında Şəxs məxsusdur. Azərbaycan Respublikası Ekoligiya və Təbbi Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xx.xx.2024-cü il tarixli, ŞMP 213 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasınin “Qırmızı Kitab”ına və X1 İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan heyvan növlərindən biridə göyərçindir və ovladığı üçün dəyəri 5.50 manatdır. Şəxs qanunsuz olaraq 07 ədəd göyərçini ovlamaqla ümumilikdə təbiətə 38.5 manat maddi ziyan vermuşdur. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması, evli olması, himayəsində 3 azyaşlı uşaqları olmasını, uşaqlarından birinin serebral iflic diaqnozu ilə xəstə olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas inzibati tənbeh kimi xüsusi hüququn məhdudlaşdırılmasının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1108/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1108/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver