Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1110/2023 13.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayının inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş 13 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair 13 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 02 oktyabr 2023-cü il tarixdə Ələt-Astara yolunda “QAZ 3302-14 yük” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iki təkərini yolun səthindən qaldırmağa çalışmaqla idarə edilməsinə görə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşaiət olunan qərəzli hərəkətləri ilə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayının inspektoru, polis serjantı X3 qeyd etdi ki, Şəxs törətmiş olduğu inzibati xətanın görüntüləri sosial şəbəkədə müəyyən edilmiş və aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs Ələt-Astara yolunda sürücülük hüququ olmadan idarə etdiyi “QAZ 3302-14 yük” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək qeyd etdi ki, idarə etdiyi “QAZ 3302-14 yük” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edir. 02 oktyabr 2023-cü il tarixdə Ələt-Astara yolunda sürücülük hüququ olmadan idarə etdiyi “QAZ 3302-14 yük” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən telefonuna zəng gəldiyindən əsəbiləşərək avtomobilin iki təkərini yolun səthindən qaldırmağa çalışmaqla avtoxuliqanlıq etmişdir. Arxadan gələn tanımadığı şəxs onun idarə etdiyi avtomobili videoya çəkərək həmin videonu sosial şəbəkəyə (patrul.az) yerləşdirmişdir. Törətdiyi xətaya görə peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini və özünün vətən müharibəsi veteranı olduğunu qeyd edərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, videogörüntü və digər iş materialları ilə təsdiq olunur. Belə ki, məhkəmə baxışında təqdim olunmuş videogörüntülərdən görünür ki, Şəxs mexaniki nəqliyyat vasitəsinin bir və daha çox təkərini yolun səthindən qaldırmaqla idarə edir. AE №041979 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 3302-14 yük” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs mülkiyyətindədir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi sənədlərin surətindən görünür ki, o, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021ci il tarixli, 2719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 511.1.ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: İXM-nin 511.1.2-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-in 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs oğlu törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Şərh olunanlara əsaslanaraq və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1110/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1110/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver