Məhkəmə qərarları › İş №3(057)-1113/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1113/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1113/2023 14.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Borclu Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu Xələc kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-137/2023 saylı, xx.xx.2023ciü il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 5374 manat borcu yaranmışdır. Borclu borcunu tam qaydada ödəməkdən imtina edir. Həmin faktla bağlı Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 14 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən onun tələbkar tələbkar X2 5374 manat borcu yaranmışdır. Hazırda işsizdir. Maddi imkanı olduqda borcunu ödəyəcəkdir. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 5374 manatın tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli 45487/01 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-137/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Göygöl Rayon Məhkəməsinin 2(066)- 137/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcunu ödəyə bilmədiyini, onun hal-hazırda 5274 manat borcunu maddi imkanı olanda ödəyəcəyini bildirmişdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış verilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə hesab ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh, yəni cərimə tətbiq edilərsə, həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən saat 15:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar