Məhkəmə qərarları › İş №3(057)-1115/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1115/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1115/2023 15.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə olan Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Salyan rayonu ərazisində “Vaz 2121” markalı, ** CX *** nömrə nişanlı avtomaşını təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılmış, araşdırma zamanı məlum olmuşdur ki, Şəxs avtomaşını sürücülük hüququ olmadan narkotik vasitə olan marixuana qəbulundan yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, 14 noyabr 2023-cü ildə saat 11:00 radələrində uşağını məktəbdən götürdükdən sonra yol polis əməkdaşları onu saxlamış və müəyyən olunmuşdur ki, maşını narkotik maddə qəbulundan sonra idarə etmişdir.Bu barədə həkim müyinəsindən keçmişdir.Özünün sürücülük hüququ yoxdur, avtomaşını özü 7000 manata almışdır.Himayəsində 3 azyaşlı uşağı və anasının xəstə olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli, 282 nömrəli aktın sürətindən görünür ki, yoxlama zamanı Şəxs avtomaşını narkotik vasitə olan marixuana qəbulundan yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Məhkəmə Şəxs dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətaların törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əmlində məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin faktiki təsdiq olunması qənaətinə gəlməklə hesab edir ki, onun barəsində törətdiyi xətaya görə məsuliyyət müəyyən edilmiş sanksiya çərçivəsində yəni Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43,114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində on beş gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 noyabr 2023-ci il tarixdən, saat 15:05-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar