Məhkəmə qərarları › İş №3(057)-1116/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1116/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1116/2023 29.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Hacırza oğlunun sədrliyi, Hakim köməkçisi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes C220 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu ərazisində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq saxlanılmış, araşdırma zamanı onun avtomaşını narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi məlum olmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bununla əlaqədar olaraq DİN Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 10-cu tağımının inspektoru polis serjantı X1 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə nümayəndənin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes C220 minik” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu ərazisində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq saxlanılmış, araşdırma zamanı onun avtomaşını narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi məlum olmuşdur. Narkotik maddə olan marixuananı 5-6 gün əvvəl toyda çəkmişdir. Törətdiyi əməlindən peşimandır. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli, 000784 saylı protokoldan görünür ki, sürücü Şəxs avtomaşını narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İş materiallarında olan AC 812303 sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “ B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ on ay müddətə məhdudlaşdırıma növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar