Məhkəmə qərarları › İş №3(057)-1117/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1117/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1117/2025 22.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, xx.xx.1973-cü ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, P.Gəncəli kəndində yaşayan Şəxs Əlisəfa oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar DİN BDYPİ tərəfindən tərtib edilmiş protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Əlisəfa oğlu idarə etdiyi “KAMAZ 5410 YÜK” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək cərimə olunmuşdur. O, EQ 27938380 nömrəli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhəri Yasamal Rayon məhkəməsinə göndərilmiş, Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)- 6602/2025 saylı qərardadına əsasən inzibati iş materialları baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlisəfa oğlu və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Əlisəfa oğlu tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Lakin Şəxs Əlisəfa oğlu tərəfindən cərimə ödənildiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Şəxs Əlisəfa oğlunun inzibati cəriməni ödəməsi barədə portal çıxarışı ilə müəyyən edilmişdir ki, o, DİN-nin BDYPİ-nin hesabına EQ 27938380 nömrəli protokol üzrə cərimənin ödənişini həyata keçirmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və 529.2 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur) Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Əlisəfa oğlu xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilərək həmin Məcəllənin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar