Məhkəmə qərarları › İş №3(057)-1119/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1119/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1119/2025 23.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi X6 və X7 Xidməti 4 saylı X2 nümayəndəsi X3, iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X1 məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayon Marışlı kəndi ərazisində Ələt-Astara avtomobil yolu üzərində yerləşən “Hacıoğlu” restoranının ərazisində xx.xx.2025-ci il tarixində SAV-17 və SAV-17-28-1 kollektorunun mühafizə zonasında tikili aparılması NK-nin 56 saylı 24 mart 2000-ci il tarixli qərarının 22 bölməsinin tələblərini pozmuşdur. 4 saylı X2 rəisi, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, hazırda ölkə xaricindədir. Bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İnzibati xəta haqqında protokol ilə tanış olmuş, heç bir etirazı yoxdur. Ölkə xaricində olduğu üçün, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmir. Odur ki, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qanunamüvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X2 nümayəndəsi X8 izahatında göstərmişdir ki, protokolu müdafiə edir. Həyata keçirilən nəzarət tədbirləri zamanı tikinti işləri aparılması ilə bağlı məlumat daxil olmuşdur. Kollektor mühafizə zolağına yaxın məsafədə tikinti işləri aparılmışdır. Qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını və çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş materiallar: - 000863 nömrəli, 10 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, Suların istifadəsinə və X7 Xidmətinin 4 saylı X2 06 oktyabr 2025-ci il tarixli 34 saylı Sərəncamının icrasının təmin edilməsi məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Marışlı kəndi ərazisindən keçən hissəsində fəaliyyət göstərən “Hacıoğlu” restoranının yardımçı tikililərinin yaxınlığından keçən su təsərrüfatı obyektinin yaxınlığında inşa edilməsi faktı aşkar edilmişdir. Tərəfindən aparılan araşdırma zamanı sözügedən restorana aid olan mövcud və hazırda inşa edilən yardımçı tikililərin bir hissəsinin X14 Sistemlərinin istismarı idarəsinin xidmət sahəsinə aid olan SAV-17 və SAV-17-28-1 kollektorlarının mühafizə zonasında inşa edilməsi müəyyən olunmuşdur. Eyni zamanda aparılan araşdırma ilə həmin tikililərin və digər obyektlərin Bakı şəhəri sakini X11 xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahəsində yerləşməklə etibarnamə əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən inşa edilən və istismar edilməsi müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı aşkar edilən fakta münasibətdə obyektin istismarı Şəxs obyekti etibarnamə əsasında idarə etdiyini və tikililərin mühafizə zonasında olmasının qanun pozuntusu olduğunun bilmədiyinə dair izahat vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsinin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarşdan görünür ki, Salyan rayonu, Marışlı kəndində yerləşən 1.0 ha torpaq sahəsinin üzərində tikilmiş 701.6 kv.m sahəyə malik əmlak kompleksi kimi müəssisə X11 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsinin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarşdan görünür ki, Salyan rayonu, Marışlı kəndində yerləşən 2.0 ha torpaq sahəsinin üzərində tikilmiş 1182.9 kv.m sahəyə malik əmlak kompleksi kimi müəssisə X11 xüsusi mülkiyyətindədir. 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron məlumat portalından əldə olunan məlumatdan görünür ki, Şəxs ********** vergi ödəyicinin eyniləşdirmə nömrəsi ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Şəxs İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-in 264.0.3-cü maddəsinə əsasən, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətada vəzifəli şəxs anlayışı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (İXM) müəyyən edilmişdir. Vəzifəli şəxs, öz vəzifə səlahiyyətlərindən istifadə edərək inzibati xəta törətmiş şəxsdir. Bu, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət müəssisələrində, idarələrində və təşkilatlarında, habelə digər təşkilatlarda müəyyən vəzifəni tutan və öz fəaliyyətini bu vəzifənin icrası ilə əlaqədar həyata keçirən şəxslərə şamil edilir. İnzibati xətada vəzifəli şəxs anlayışına aşağıdakılar daxildir: - Dövlət orqanlarının vəzifəli şəxsləri (məsələn, nazirlər, nazir müavinləri, idarə rəisləri, şöbə müdirləri və s.). - Yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri (məsələn, bələdiyyə sədrləri, bələdiyyə üzvləri). - Dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri (məsələn, direktorlar, müdirlər, şöbə müdirləri və s.). - Digər təşkilatların vəzifəli şəxsləri (məsələn, özəl şirkətlərin rəhbərləri, idarə heyəti üzvləri və s.). Bu şəxslər, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yaxud vəzifə borclarını yerinə yetirməyərək inzibati xəta törətdikdə, onlara qarşı inzibati məsuliyyət tətbiq oluna bilər. Azərbaycan Respublikası Su Məcəəlləsinin : 81-ci maddəsində göstərildiyi kimi, bütün sular (su obyektləri) onların fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq və digər su bioresurslarının azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı və qorunmalıdır. Suların (su obyektlərinin) mühafizəsi, onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunması, habelə suların keyfiyyətinin və rejiminin yaxşılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 82-ci maddəsində göstərildiyi kimi, su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması barədə 84-cü maddəsinin tələbinə görə, öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslər su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində tullantıların basdırılması qadağan edilir. 85-ci maddəsində göstərildiyi kimi, Əhalinin içməli və məişət su təchizatı, müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan suların mühafizə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sanitariya mühafizəsi zonaları müəyyən olunur. 87-ci maddəsində göstərildiyi kimi, öz fəaliyyəti ilə yerüstü su obyektlərinə mənfi təsir edən müəssisələr müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə yerüstü su obyektlərinin suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin saxlanması üçün tədbirlər görməlidirlər. Yerüstü su obyektlərinin su mühafizə zonaları və onların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Resoublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli Qərarı : Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 2-ci bəndinə əsasən su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 3-cü bəndinə əsasən su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 4-cu bəndinə əsasən Su mühafizə zonalarının ərazisində xüsusi rejimə əməl edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizə tədbirləri kompleksinin tərkib hissəsidir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 5-ci bəndinə əsasən su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi onların fizikicoğrafi, torpaq, hidroloji və sair şəraitindən asılı olaraq, su obyektlərinin sahil xəttinin dəyişməsi proqnozu nəzərə alınmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 6-cı bəndinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq 3 kbm/san-yə qədər olduqda - 5 m hədində qəbul edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 22-ci bəndinə əsasən su mühafizə zonalarında neft məhsulları anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə və texnikalara texniki xidmət məntəqələrinin, çirkab sularını, habelə avtomobillərin yuyulması nəticəsində əmələ gələn çirkab sularını toplamaq üçün qurğuların tikilməsi və yerləşdirilməsi qadağan edilir: Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 27-ci bəndinə əsasən su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Qərarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında 21 avqust 2003-cü il tarixli qərarının 3.1-ci bəndinə əsasən bu sənədin İİ bəndində qeyd edilən meyarlar əsas götürülərək dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğulara aşağıdakılar aid edilir: 3.1.1. Dövlət əhəmiyyətli qurğular: 3.1.1.1. iri su anbarları və bəndlər; 3.1.1.2. hidroqovşaqlar və sahilqoruyucular; 3.1.1.3. iri su tullayıcılar; 3.1.1.4. suburaxıcılar, suqəbuledicilər, sudurulducular, suötürücülər; 3.1.1.5. səviyyə əlaqələndiriciləri, su nasosxanaları; 3.1.1.6. magistral kanallar və kollektorlar; və s. Azərbaycan Respublikasının “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” 27 dekabr 2002-ci il tarixli Qanunun 3.2-ci maddəsinə əsasən dövlətlərarası müştərək istismar edilən və kaskad tipli su elektrik stansiyaları, iri su anbarları, su nasosxanaları, bəndlər, tunellər, magistral kanallar, kollektorlar, su anbarlarının və çay sahillərinin mühafizə qurğuları, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları xüsusi mühafizə olunan dövlət əhəmiyyətli hidrotexniki qurğulara aid edilir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs VÖEN-i olmaqla vəzifəli şəxs olaraq müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş tələbləri pozmaqla vəzifəli şəxs kimi inzibati xəta hadisəsini törətmiş və inzibati məsuliyyətə vəzifəli şəxs kimi cəlb olunalıdır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar