Məhkəmə qərarları › İş №3(057)-112/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-112/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-112/2024 14.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X7 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 13 avqust 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev 1, mənzil 7-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 14 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyinin Lənkəran rayonlararası Narkoloji Xəstəxanasında ekspert-test üsulu ilə narkoloji müayinədən keçirilən zaman narkotik vasitə heroin istehlak etməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən 14 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə icraatına qərar daxil olmuşdur. Şəxs heroin istifadə etdiyi müəyyən edilmişdir. Şəxsin yaşayış yeri müəyyən olunmadığı üçün məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. X3 ziyanı ödədiyi və barışıq əldə etdiyi üçün oğurluqla bağlı olan iş üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, taksi sürücüsü kimi Bakı şəhərindən Salyan rayonunun Qaraçala qəsəbəsinə sərnişin daşıması xidməti ilə məşğul olur. Ona görə də, o Salyan rayon Qaraçala qəsəbəsində olarkən maddi ehtiyacını qarşılamaq məqsədi ilə bir ədəd xırdabuynuzlu heyvan oğurlamışdır. Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, onunla barışıq əldə etmişdir. Yeddi ay olar ki, narkotik vasitədən istifadə etməyə tövbə etmişdir. Hazırda işləyir və aylıq qazancı 700 manat təşkil edir. məhkəmədən ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X4 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan X2 xx.xx.2023-cü tarixdə DİN-in 102 xidmətinə verdiyi məlumat və rayon polis şöbəsinə yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev-1, mənzil 7-də yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olsa da, X2 ziyanın ödənilməsi, şikayətinin olmaması barədə barışıq ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası İXM-in 39.2 və 53.0,10cu maddələrinin tələblərinə əsasən Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev-1, mənzil 7-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. 07 oktyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat İXM-nin 114.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. Salyan rayon PŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın xx.xx.2023-cü il tarixli, 847 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin qəbulundan yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə-iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiqdir və inzibati tənbehin məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən, saat 15:40dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə, inzibati həbsdə saxlandığı yer vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar