Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1121/2025 05.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 nümayəndəsi Vəkil iştirakları ilə, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, № 89747 saylı, 22 aprel 2025-ci il tarixli akt, 25 aprel 2025-ci il tarixli Monitorinq aktı və əlavə olunan fotoşəkillərə əsasən ünvan 1 ünvanında yerləşən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 fəaliyyəti zamanı formalaşan tibbi-təhlükəli tullantıların emalı (çeşidlənməsi) aparılmadan hermetikliyi olmayan torbaların toplanması və saxlanılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi - müfəttiş X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 barəsində toplanmış inzibati xəta haqqında materialı baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətaya dair protokol tərtib olunmuş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkiln izahat verərək bildirdi ki, inzibati orqan tərəfindən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 barəsində tərtib olunmuş inzibati xətanın subyektinə münasibətdə yanlışlığa yolvermişdir. Belə ki, İXM-in həmin normasında “Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə” inzibati məsuliyyəti nəzərdə tutur ki, X8 ərazisində olan tibbi tullantıların emalı yerlərinin tikintisi barəsində icraat aparılan X8 səlahiyyətlərindən kənardır. Müvafiq inzibati binanın tikintisi dövlət büdcəsindən maliyyələşmə nəticəsində müvafiq olaraq tenderlə həyata keçirilmiş və tikintisi başa çatmış inzibati bina digər müvafiq icra hakimiyyəti orqanının rəyi və ya qərarı əsasında istismara qəbul edilmişdir. Hazırki halda barəsində icraat aparılan X8 həmin protokolda qeyd olunan tullantıların saxlanması həmin normanın dispozisiyasında nəzərdə tutulmamışdır. Həmçinin digər bir əsası da qeyd etmişdir ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə bağlı xx.xx.2025-ci il tarixində müsabiqə elan olunmuşdur. Həmin müsabiqənin tənifat kodu “B” və “C” sinfi üzrə tullantıların utilizasiyası olmuşdur. Həmin müsabiqədə "xxxx" MMC qalib elan olunmuşdur. Azərbaycan Respubliaksının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müvafiq qərarla müsabiqənin nəticələri ləğv olunmuş, lakin xx.xx.2025-ci il tarixində yenidən müsabiqə elan olunmuş və həmin müsabiqənin qalibi yenidən "xxxx" MMC olmuş və xx.xx.2025-ci il tarixli müvafiq qərarla müsabiqənin nəticələrinin yekun protokolu təsdiq olunmuşdur. Bu qeyd olunanlar bir daha göstərir ki, X13 tərəfindənt “tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə” məsuliyyət daşımamalı olduğu kimi, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birliyi tərəfindən elan olunmuş müsabiqənin qalibi tərəfinən qeyd olunan müalicə-profilaktika müəssisələrinin fəaliyyəti zamanı formalaşan tullantıların daşınması da “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 birbaşa səlahiyyətində olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, əhali sayını nəzərər alaraq, rayon ərazisində yerləşən müalicə-profilaktika fəaliyyətini həyata keçirən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 məhz tullantıların emalını həyata keçirilməsi olan müvafiq şirkət tərəfindən lazımi qaydada yerinə-yetirməməsi nəticəsində fəaliyyətini dayandırması da mümkünsüz olmuşdur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 nümayəndəsi çıxışının sonunda qeyd etmişdir ki, X13 İXM-in 266.2-ci maddəsinin dispozisiyasındanəzərdə tutulan inzibati xətanın subyekti ola bilməzdi və bu səbəbdən onun barəsində olan inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş materiallar: - 89747 nömrəli, 22 aprel 2025-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 araşdırma apararkən idarənin xx.xx.2025-ci il tarixli 0128 nömrəli Sərəncamına və X6 Monitorinq İdarəsinin Salyan rayonu ərazisində keçirdiyi monitorinqin nətəcələrinə əsasən ünvan 1 ünvanında yerləşən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 fəaliyyəti zamanı formalaşan tullantı sularının qanunvericiliyin tələblərinə uyğun idarə olunmaması qeyd olunmuşdur. Qeyd olunanlarla bağlı araşdırma zərurəti yarandığından ünvan 1 ünvanında yerləşən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 dəstək xidmətləri şöbəsinin Təsərrüfat Bölməsinin müdiri X2 iştirakı ilə xəstəxana ərazisində və çirkab suların yığıldığı çirkab quyusuna baxış keçirildi. Baxış zamanı məlum oldu ki, çirkab tullantı suları (kanalizasiya) vaxtı-vaxtında daşınmadığından ətraftan keçən kollektora axıdılır. ünvan 1 ünvanında yerləşən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 kanalizasiya sisteminin sazlığına cavabdeh şəxs faktla bağlı izahat verərək, bildirmişdir ki, xəstəxananın fəaliyyəti zamanı formalaşan tullantı sularının idarə olunmasına cavabdeh şəxs odur. Tullantı sularını daşıyan maşınlar gec gəldiyindən tullantı suları ətrafdan keçən kollektora axır. Qeyd olunanlara bağlı qanunvericiliyin tələbi ilə bağlı inzibati orqan tərəfindən ünvan 1 ünvanında yerləşən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 və cavabdeh şəxsə izah olunmuşdur. Su Məcəlləsinin və digər hüquqi normativ aktların tələbləri pozulmuşdur. Akta araşdırmaya dair toplanmış materiallar və foto və video çəkilişlər əlavə olunmuşdur. Akt iki nüsxədə tərtib olundu. 25 aprel 2025-ci il tarxili Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan Monitorinqin nəticəsi olaraq tərtib olunmuş həmin tarixli aktdan görünür ki, Xəstəxanın fəaliyyəti zamanı formalaşan tibbi tullantıların daşınması prosesi ən son xx.xx.2025-ci il tarixdə "xxxx" MMC tərəfindən icra olunmuşdur. Həmin tarixdən xx.xx.2025-ci il tarixinədək xəstəxanada formalaşan tibbi tullantılar müəssisədə ayrılmış xüsusi saxlanc yerində saxlanılır.Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 213 saylı qərarının 7.2-ci bəndinə əsasən MPM-in ərazisində A,B,C sinfinə aid tullantıların yalnız dəfələrlə istifadə olunan xüsusi konteynerlərdə saxlanılmasına və daşınmasına icazə verilir. “C” sinfinə aid olan tullantıların kənarlaşdırılması zamanı digər tullantıların onunla qarışdırılmasına yol verilmir. Həmin növdən olan tullantıların bir sutkadan çox saxlanılmasına da icazə verilmir. Yalnız 5 dərəcədən yüksək olmayan tempraturda 1 sutkadan çox saxlanılmasına icazə verilir. Tullantılar Xəstəxanın həyətində tikilmiş tikililədə hermetik torbalarda saxlanılması və “C” sinfinə aid olan tullantılarla birlikdə saxlaılması faktı müəyyən edilmişdir. Bununla da “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən qanunvericiliyin tələbləri pozulmuşdur. Akta araşdırmaya dair toplanmış materiallar və foto və video çəkilişlər əlavə olunmuşdur. Akt iki nüsxədə tərtib olundu. - Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 ünvanlanmış 34-BM/4225-729 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixl MN N;2364828 saylı protokol qanunamüvafiq qaydada tədbirlər görülməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. - Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 ünvanlanmış 34-BM/4225-729 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 Monitorinq İdarəsinin informasiya bülleteninə əsasən İdarəinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 ərazisində formalaşan tullantı sularının kollektora axıdılması faktı müəyyən edilmişdir. Faktla bağlı inzibati araşdırma başlanılmışdır. Araşdırma zərurəti ilə əlaqədar xx.xx.2025-ci il tarixində saat 15:00-da özünün və ya səlahiyyətli nümayəndənizin Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın “Salyan Rayon Mərkəzi Xəstəxanası" X13 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 12.1ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 99.4-cu maddəsinə əsasən, inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.3-cü maddəsinə əsasən, bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. 101.1-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-cü maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 102.2-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli Qərarı: 2.2-ci maddəsinə əsasən, tibbə aid bütün tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür: A sinfi - MPM-in təhlükəsiz tullantıları; B sinfi - MPM-in təhlükəli tullantıları; C sinfi - MPM-in xüsusi təhlükəli tullantıları; D sinfi - MPM-in tərkibinə görə sənaye tullantılarına yaxın olan tullantılar (təsnifat cədvəl şəklində verilir). 3.1-ci maddəsinə əsasən, MPM ərazilərində tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması sisteminin təşkili aşağıdakı hissələrdən ibarət olmalıdır: - tibb bölmələrinin daxilində tullantıların toplanması; - tullantıların daşınması və müəssisədaxili konteynerlərə yüklənməsi; - tullantıların MPM-in ərazisində müvəqqəti saxlanması; - konteynerlərin tullantıların zərərsizləşdirilmə yerlərinə daşınması. Hər bir hissə üzrə işlərin aparılması bu Tələblərin müvafiq bölmələri ilə müəyyənləşdirilir. 3.2. MPM ərazilərində əmələ gələn tullantıların sinfindən asılı olaraq, onların toplanması, müvəqqəti saxlanması və daşınmasına fərqli tələblər qoyulur. 3.3. Müxtəlif siniflərə aid tullantıların bütün mərhələlərdə toplanması, saxlanması və daşınması zamanı qarışdırılması yolverilməzdir. 3.4. MPM-in rəhbəri tullantıların toplanmasına cavabdeh şəxslə birlikdə hər bir tibb bölməsində tullantıların toplanmasına əlavə cavabdeh şəxs təyin edir. Həmin şəxs bilavasitə tullantıların ilkin toplandığı yerlərdə onların yığılmasına nəzarət edir və siniflər üzrə əmələ gələn tullantıların hesablanmış miqdarına əsasən birdəfəlik tutumların sayını müəyyənləşdirir və onların (polietilen paketlər, xüsusi tutumlar) hermetikliyini təmin edir. 7.1-ci maddəsinə əsasən, B, C, D sinfinə aid tullantıların tibb bölməsinin otaqlarından kənarda, açıq halda saxlanmasına və personalın onunla kontaktda olmasına yol verilmir. 7.2. MPM-in ərazisində A, B, C sinfinə aid tullantıların yalnız dəfələrlə istifadə olunan hermetik konteynerlərdə saxlanmasına və daşınmasına icazə verilir. C sinfinə aid tullantıların kənarlaşdırılması (uzaqlaşdırılması) zamanı digər tullantıların onunla qarışdırılmasına yol verilmir. A, B, C sinfinə aid tullantıların təbii şəraitdə bir sutkadan çox saxlanmasına da icazə verilmir. Yalnız 5ºC-dən yüksək olmayan temperaturda bir sutkadan çox saxlanıla bilər. Bütün siniflərə aid qida tullantıları soyuducuda 5ºC-dən yüksək olmayan temperaturda saxlanılmalıdır. MPM-in ərazisindən tullantıların zərərsizləşdirilməsi üçün qurğu olmadıqda, A, B, C sinfinə aid tullantılar hər gün daşınmalıdır. 7.3. A sinfinə aid tullantıların daşınmasında bərk məişət tullantılarının daşınması üçün istifadə olunan avtonəqliyyatdan istifadə etməyə icazə verilir. 7.4. Dolmuş konteynerlər qapalı yük yeri olan avtomaşınla xüsusi təyin olunmuş yerlərə daşınır və götürülmüş konteynerin yerinə boş konteyner qoyulur. 7.5. A, B, C sinfinə aid tullantıların MPM-in ərazisindən kənarda daşınmasına yalnız bu məqsədlə işlədilən qapalı yük yeri olan avtomaşınlarla icazə verilir. B və C sinfinə aid tullantıların daşınması üçün nəzərdə tutulmuş avtomaşının digər məqsədlərlə işlədilməsinə yol verilmir. 7.6. D sinfinə aid tullantıların saxlanması bu məqsədlə xüsusi ayrılmış yardımçı otaqlarda həyata keçirilir. 7.7. A sinfinə aid tullantılar bərk məişət tullantılarının basdırıldığı adi poliqonlarda boşaldıla bilər. B və C sinfinə aid tullantıları MPM-in tullantılarını termik üsulla zərərsizləşdirən xüsusi qurğularda məhv etmək lazımdır. 7.8. B və C sinfinə aid tullantıların zərərsizləşdirilməsi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş üsulla aparıla bilər. MPM-in tullantılarının müəssisənin ərazisində mərkəzləşdirilməmiş üsulla termiki zərərsizləşdirilməsi üçün qurğuların yerləşdirilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir. Mərkəzləşdirilmiş üsulla MPM-in tullantılarının zərərsizləşdirilməsi iri zibilyandıran zavodların sobalarında aparılır. Həmin zavodun yerləşdiyi yer, istismar şəraiti, ətraf mühitə təsir səviyyəsi müvafiq normativ sənədlərlə tənzimlənir. Epidemioloji təhlükəsiz patoloji anatomik və üzvi əməliyyat tullantılarının (orqan, toxuma və s.) zərərsizləşdirilməsi üçün qurğular olmadıqda, onlar qəbiristanlıqlarda xüsusi ayrılmış qəbirlərdə basdırılır. B sinfinə aid digər tullantılar (materiallar və alətlər, pasientlərin ifrazatları, vivarium və mikrobioloji laboratoriyaların tullantıları) dezinfeksiya edilərək, zərərsizləşdirildikdən sonra poliqona daşınır. 7.9. D sinfinə aid tullantıların daşınması, zərərsizləşdirilməsi və basdırılması toksiki sənaye tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və basdırılmasına qoyulan gigiyenik tələblərə müvafiq aparılır. Azərbaycan Respublikasının “Tullantılar haqqında” Qanununun: 1-ci maddəsində qeyd olunan Əsas anlayışlar: Tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət; Tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi; Tullantıların daşınması - tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması; Tullantıların utilizasiyası - tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması; Tibbi tullantılar - səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya zamanı əmələ gələn tullantılar; 7-ci maddəsinə əsasən, Bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvinə aid tələblər: İstismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə; əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ-hüquqi aktların və texniki normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. 11-ci maddəsinə əsasən, Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. 12-4-cü maddəsinə əsasən, tibbi tullantıların idarə olunmasına dair tələblər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Müalicə-profilaktik və baytarlıq müəssisələrinin fəaliyyət profilindən asılı olmayaraq tibbi tullantılar toksiki və yoluxdurucu təhlükəlilik növünə görə qruplaşdırılır. Tibbi tullantıların hansı təhlükəlilik növünə aid edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 13-cü maddəsinə əsasən, tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması qaydası, yükləmə və boşaltma işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına tələblər (norma və qaydalar) müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir. Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Təhlükəli tullantıların, o cümlədən təhlükəli tibbi tullantıların nəqliyyat vasitələrində daşınması qaydası bu sahədə mövcud olan dövlət standartları və normativləri əsasında müəyyən olunur. Təhlükəli tullantıların daşınması aşağıdakı şərtlərlə həyata keçirilməlidir: təhlükəli tullantıların daşınmasına dair bildiriş; təhlükəli tullantıların pasportunun olması; xüsusi avadanlıqlar və işarələrlə təchiz olunmuş nəqliyyat vasitəsinin olması; təhlükəli tullantıların nəqliyyat vasitəsində daşınması ilə bağlı təhlükəsizlik tələblərinə əməl olunması; təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini göstərən sənədlərin olması. Göründüyü kimi, inzibati orqanı tərəfindən “Salyan Rayon Mərkəzi Xəstəxanası" X8 AR İXM-nin 266.2-ci maddəsi ilə ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda “Salyan Rayon Mərkəzi Xəstəxanası" X13 tərəfindən AR İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası" X13 tərəfindən AR İXM-nin 266.2-ci maddələri ilə nəzərdə tutulmuş ilə təqsirli olması AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində icraat aparılan “Salyan Rayon Mərkəzi Xəstəxanası" X11 İXM-in 266.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın subyekti ola bilməzdi. Həmçinin məhkəmə İXM-in 266.2-ci maddəsinin dispozisiyasında inzibati məsuliyyətə cəlb olunmaq üçün qeyd olunan tələbləri “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində qeyd olunan “tullantıların emalı” anlayışı ilə qarşılıqlı təhlilinin acibliyini qeyd edərək, bildirməyi zəruri hesab edir ki, İXM-in 266.2-ci maddəsində məhz “Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə məsuliyyəti nəzərdə tutur, lakin tullantıların emalı isə “tullantıların emalı” — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyətdə nəzərdə tutulan hərəkətlərin məcmusunu özündə əks etdirir. Yəni ki, İXM-in dispozisiyasında qeyd olunan məhz emal yerləri ilə bağlı müddəalardır ki, bu isə özlüyündə emalın düzgün təşkil edilməməsinə görə X8 məsuliyyətini dispozisiyada qeyd olunan hallara münasibətdə inzibati məsuliyyətə cəlb edilməni istisna edir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası" X13 tərəfindən AR İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən “Salyan Rayon Mərkəzi Xəstəxanası" X13 tərəfindən AR İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : “Salyan Rayon Mərkəzi Xəstəxanası" X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-1121/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1121/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver