Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-113/2023 18.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş "xxxx" MMC-nin nümayəndəsi X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Ehtiyatlarından İstifadə X1 iştirakı ilə "xxxx" MMC barəsində tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 "xxxx" MMC barəsində tərib etdiyi 31 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC Salyan rayonu, Babazənən-1 gil yatağında “Dağ mədən ayırması” aktı olmadan qanunsuz gil hasilatı aparmışdır. Ona görə də "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləisnin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X3 apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ləğv olunmuş və işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 nümayəndəsinin iştirakı ilə, onun təqdim etdiyi sübutlar tədqiq edilməklə araşdırılmalı və "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli olub-olmaması məsələsinə yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. "xxxx" MMC-nin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiqləyərək bildirmişdir ki, ekologiya idarəsinin əməkdaşı yadında qalmadığı tarixdə iş yerinə gələrək, istifadə etdikləri karyerə baxmaq istədiyini bildirmişdir. Həmin əməkdaşla istifadə etdikləri Salyan rayonu Yenikənd kəndində yerləşən 1 hektar karyerə baxmışlar. MMC-yə ayrılmış bir hektar torpaq sahəsinin aşağı hissəsini su basdığı üçün və həmçinin istifadə etdikləri texnikanın hissələrinin oğurlanmaması üçün həmin texnikaları istifadə etdikləri 1 hektar torpaq sahəsinin yuxarı hissəsində yüksəklikdə saxlamışlar.Həmin vaxt texnika heç bir iş görməmiş, texnikaların saxlanıldığı yerdə heç bir qazıntı işləri aparılmamış və torpaq daşınmamış, iş günü olmamış, sadəcə olaraq texnikalar saxlanılmış vəziyyətdə olmuş və işləməmişlər.Texnikaların saxlanıldığı yer əvvəllər "xxxx" MMC-nin istifadə etdiyi torpaq sahəsi olmuşdur. Ekologiya idarəsinin əməkdaşı heç bir ölçü işi aparmadan, əvvəllər başqa MMC tərəfindən gil daşınmış yerin onlara məxsus MMC tərəfindən 1396,5 metr kub torpaq daşındığı barədə akt tərtib etmişdir. Həmin əməkdaş onunla iş yeinə gələrək aktı tərtib etmişdir.Aktdan narazı qaldığı üçün imza etməmişdir. Ekologiya idarəsinin əməkdaşının MMC barəsində protokol tərtib olunmasından məlumatı olmamış, onun yanında protokol tərtib olunmamış və protokol ona tanış olmaq üçün təqdim olunmamışdır.MMC-yə qeyd olunan yerdə 1 hektar torpaq sahəsi ayrılmışdır.Odur ki, "xxxx" MMC-nin hərəkətlərində heç bir inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 nümayəndəsi X5 bildirmişdir ki, 31 yanvar 2023-cü ildə əməkdaşları tərəfindən Salyan rayonu, Babazənən 1 deyilən yerdə Şirvan LTD-yə məxsus karxanaya baxış keçirmişlər. 29 avqust 2022-ci il tarixli 0113 saylı akt əsasında həmin müəssisəyə 7 il müddətinə 1 hektar torpaq sahəsi ayrılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Şirvan LTD həmin ərazidən kənarda hasilat işi aparmışdır.Hasilatın həcmi 1396,5 metr kub olmuş və kordinatları 31 yanvar 2023-cü il tarixli akta qeyd olunmuşdur. Baxış zamanı Şirvan LTD-nin nümayəndəsi iştirak etmiş, lakin imza etməkdən imtina etmişdir.Həmin yerdə fotoşəkillər çəkilmiş və texnikaların müəssisəyə ayrılmış torpaq sahəsindən kənarda olması müşahidə olunmuşdur.Qazıntı işləri aparılmış, lakin nə vaxt aparılmasını müəyyən etmək mümkün olmamışdır.Həmin vaxt orada gil daşıyan maşınlar olmamışdır.Sübut kimi tərtib olunmuş akt, fotoşəkillər və aryışdır.Şirvan LTD-nin onlara ayrılmış sahədən kənarda qazıntı işlərinin aparılması təsdiq olunduğundan sonuncu barədə inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmədə elan olunmuş Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli iclas protokolundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 nümayəndəsi X7 həmin məhkəmə iclası zamanı bildirmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən bildiriş onlara gec çatmışdır.Salyan Rayon Məhkəməsi sübutların olmadığını bildirsədə sübut fotoşəkillərdir. Şirvan LTD həmin ərazidəki yataqlardan istifadə edir, həmin ərazidə başqa şəxs yoxdur.Özlərinin rayonlarda idarələri olmadığı üçün ezamiyyətə gedib baxış keçirib sənədləşdirirlər.Lazım olanda peyk görüntülərindən şəkillər də çıxarmaq olur. Məhkəmə bunları tələb etmədən qərar qəbul etmiş, kifayət qədər sübutlar var, protokol tərtib olunmuş və Şirvan LTDnin işçisinin iştirakı ilə akt tərtib olunmuşdur. Şirvan LTD onlara ayrılmış öz yerlərindən kənarda həmin işləri görmüşlər.Hətta öz yerlərində belə bir işləri görmək istədikdə dağ mədən aktı tələb olunur.Bütün texnikalar orada olmuş. Gil çıxarmaq elə bir prosessdir ki, gedib görmək mümkün deyildir.Ora texnika aparılır və uzun prosess çəkir.Bizdə həmin ərazidən görüntülər var qazıntı olub olmayıb nə qədər qazalıb və sair. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 xx.xx.2023-cü il tarixli 000112 saylı aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 əməkdaşı Timurçin Məmmədov "xxxx" MMC- tərəfindən onlara ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda 931 metr kvadrat, orta istismar dərinliyi 1,5 metr sahədə 1396,5 metr kub gil xammalının götürülməsi aşkar olunmasını qeyd etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, inzibati pozuntunun törədilməsini təsdiq edən kifayət qədər sübutlar əldə olunmamış, MMC-yə məxsus texnikaların qeyd olunan yerdən gil qazıb götürmələri müşahidə olunmamış, protokolu tərtib edən orqan bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir.Akta əlavə olunmuş fotoşəkildən görünür ki, iki ədəd texnika bir-birindən aralıda nisbətən yüksəklikdə dayanmış vəziyyətdə olmuş və ətrafda gil daşınmasının müşahidə olunmasını təsdiq edən hər hansı bir hal aşkar olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-113/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-113/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver