Məhkəmə qərarları › İş №3(057)-1130/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1130/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1130/2024 02.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəxs haqqında Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 22 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə saat 21:30 radələrində Salyan rayonu Şorsulu kəndi ərazisində ov silahı ilə ov üçün qadağan olunmuş yerdə qaşqaldaq ovu etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin əməkdaşı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 04 noyabr 2024-cü il tarixdə Salyan rayonu Şorsulu kəndinin çöl sahəsində quş ovuna getmişdir. Təxminən saat 21:30 radələrində mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq rayon polis şöbəsinə dəvət etmişlər. Törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İnzibat xəta haqqında 22 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə saat 21:30 radələrində Salyan rayonu Şorsulu kəndi ərazisində ov silahı ilə ov üçün qadağan olunmuş yerdə qaşqaldaq ovu edərək, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X1 icraatında olan HK-1/2145 №-li araşdırma materiallarına əsasən tərtib etdiyi xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbirinin görülməsi barədə qərarın surətindən görünür ki, Şəxs öz adına ov silahın şəhadətnaməsi olduğu halda, ovçuluq və üzvlük biletləri və ov etmək üçün ovçuluq fəaliyyatinin həyata keçirilməsinə icazə verən hüquqi sənəd hesab edilən ov obyektlərinin hər növünə ayrıca verilən müvafiq lisenziyası olmamışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, 2024-cü il noyabrın 04-da saat 20 radələrində Şəxs özünə məxsus “Dərya arms” markalı, R-027530 nömrəli, yivsiz, 12 kalibrli ov silahından atəş açmaqla qanunsuz olaraq Salyan rayonu Şorsulu kəndi ərazisindəki balıq gölündə ov qaydalarını kobud şəkildə pozaraq lazımi icazə olmadan, qadağan edilmiş yerdə və qadağan olunmuş müddətdə hər birinin dəyəri 5,5 (beş manat əlli qəpik) manat təşkil edən cəmi 2 (iki) ədəd qaşqaldaq quşunu qanunsuz olaraq ovlaması nəticəsində ümumilikdə təbiətə 11 (on bir) manat maddi zərər vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan, yəni ov qaydalarının kobud şəkildə pozulması (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə ov edilməsi) kimi inzibati xətanı törətmişdir. Şərh olunanlara istinadən Şəxs əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli Salyan RPŞ-nin qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə Şəxs izahatını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu hərəkətlə Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan, yəni ov qaydalarını kobud şəkildə pozaraq lazımi icazə olmadan qadağan edilmiş yerdə və qadağan olunmuş müddətdə hər birinin dəyəri 5,5 (beş manat əlli qəpik) manat təşkil edən 02 ədəd (iki) ədəd qaşqaldaq quşunu qanunsuz olaraq ovlaması nəticəsində ümumilikdə təbiətə 11 (on bir) manat maddi zərar vurmuşlar. Belə olduğu təqdirdə də, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs inzibati qaydada xəta törətmiş hesab olunaraq barəsində inzibati tənbeh tədqiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının “Ovçuluq Haqqında” Qanunun; 12.1.Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. 12.2.Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. 14.1.Ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. 14.2.İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 14.3.Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir. 14.4.Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır. 14.5.Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ov etmək üçün icazə verə bilər. 14.6.Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.0. Ov etmək hüququ aşağıdakı hallarda dayandırılır: 19.0.1. hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə; 19.0.2. ov etmək üçün verilmiş icazənin müddəti bitdikdə; 19.0.3. ov etmək üçün icazədən istifadəyə lüzum qalmadıqda, yaxud bu hüquqdan könüllü imtina edildikdə; 19.0.4. ovçuluq fəaliyyətinə xitam verildikdə; 19.0.5. vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda; 19.0.6. heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda; 19.0.7. ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə yetirilmədikdə; 19.0.8. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda. 20.1. Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1.müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2.ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3.başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4.ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5.ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6.ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. 20.2. Ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət və vəhşi heyvanlar arasında epidemiya hadisələri baş verdikdə ov müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması cəzasının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar