Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1131/2023 05.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, xx.xx.1977-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiallara Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:10 radələrində özünə məxsus beş baş iri buynuzlu heyvanı Ələt-Astara yolunun 47-ci kilometrliyində asfalt örtüklü yolda nəzarətsiz qoymuş, nəticədə iri buynuzlu heyvan həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2107” minik markalı, ** XH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobil əzilmiş və Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, İXM-nin 338.7-ci maddəsi ilə özünü tam təqsirli bilir və əməlindən peşimandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. O, dəymiş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öz aralarında razılığa gəlmişlər, həmin şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, nəzərə alınmasını xahiş edir Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ona dəymiş zərərin ödənilməsi ilə bağlı Şəxs ilə öz aralarında razılığa gəlmişlər, onun həmin şəxsə qarşı heç bir şikayəti yoxdur. Odur ki, nəzərə alınmasını xahiş edir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:10 radələrində özünə məxsus beş baş iri buynuzlu heyvanı Ələt-Astara yolunun 47-ci kilometrliyində asfalt örtüklü yolda nəzarətsiz qoymuş, nəticədə iri buynuzlu heyvan həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2107” minik markalı, ** XH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobil əzilmiş və Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayına ünvanlandığı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, həmin tarixdə özünə məxsus olan “VAZ-2107” minik markalı, ** XH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Salyan rayonu, Yenikənd kəndinə gedərkən Ələt-Astara yolunun 47-ci kilometrliyində tanımadığı şəxsin heyvanları nəqliyyat vasitəsinin qabağına keçmiş və nəticədə maşın əzilməklə ona maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayına ünvanlandığı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:10 radələrində (hava təzə qaralmışdır) özünə məxsus beş baş iri buynuzlu heyvanı Ələt-Astara yolunun 47-ci kilometrliyində yolu keçirdərkən “VAZ-2107” minik markalı, ** XH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun qabağına çıxmış, nəticədə heyvanlardan birini maşın vurmaqla nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, Zərərçəkmiş şəxs izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 338.7-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1131/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1131/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver