Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1132/2023 21.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-nin olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 21 noyabr 2023-cü il tarixli MN № 1655313/1257 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 oktyabr 2023cü il tarixdə, saat 12 radələrində Salyan rayonu, Qızılağac kəndi ərazisində Ucar rayon, Bərquşa kənd sakini Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Salyan rayonu, Qızılağac kəndi ərazisində Zərərçəkmiş şəxs ilə mübahisə edərək döymüşdür. Törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Ucar rayon, Bərquşa kəndndə qeydiyyatda olmaqla, Salyan rayonu, Qızılağac kəndində yaşayır 23 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Salyan rayonu, Qızılağac kəndində həmin kənd sakini Şəxs ilə şəxsi münasibət zəminində mübahisə etmiş və mübahisə zəminində Şəxs onu döymüşdür. Şəxs ilə barışmamış ondan şikayətçidir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 noyabr 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materil üzrə əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilərək, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş «Döymə» inzibati xətanın tərkibi əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi görülməsi üçün qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Beləliklə, inzibai xəta hadisəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatları və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, zərərçəkmiş şəxslə barışmamalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 300 manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-1132/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1132/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver