Məhkəmə qərarları › İş №3(057)-114/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-114/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-114/2023 02.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, Salyan PŞ-nin YPX-nin inspektri X1, Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 116-da qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saaty 13:15-də Salyan şəhəri ərazisində idarə etdiyi “VAZ 2102» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, araşdırma zamanı onun narkotik vasitələrin qəbulu nəticəsində yaranmış sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi məlum olmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin DYPB tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş protokol tərtib etmiş şəxs Salyan PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında törətdiyi inzibati xətaya görə səmimi peşman olduğunu. Səhhətində kəskin ağrılar səbəbi ilə psixotrop maddədən istifadə etdiyini, özünü təqsirli bildiyini göstərdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 05 nömrəli Aktdan görünür ki, yoxlama zamanı Şəxs avtomobili narkotik vasitələrin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “VAZ 2102» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs psixotrop maddələrdən istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyəti, əmlak vəziyyəti və onun təqsirinin dərəcəsi nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1 maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar