Məhkəmə qərarları › İş №3(057)-114/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-114/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-114/2024 14.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1964-cü il tarixdə, Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Şəhriyar küçəsi ev 37-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitənin qəbulunda və üzərində saxlamaqla daşımaqda şübhəli bilinən Salyan şəhər sakini Şəxs 11 noyabr 2023-cü il tarixdə Təbibin Cəlilabad RMX-nın X7də ekspress-test üsulu ilə narkoloıi müayinədən keçirilən zaman onda narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasmının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTBnin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən 14 fevral 2024-cü il tarixli, MN № 1654725/38 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 1964-cü il tarixdə doğulub, 3-cü qrup əlil olmuş, iki ildir ki, əlilk qrupu ləğv edilərək pensiyası dayandırılmışdır. Hazırda əlilliyi yoxdur. 1989-1992-ci illərdə 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Əvəllər 1992-ci ildə CM-nu 145-ci maddəsi ilə, sonra 2018-ci ildə narkotik maddə tiryək ilə tutularaq 5 il azadlıqdan məhrum etmə cəzası almışdır. 8 ay bundan qabaq azadlığa buraxılmışdır. 11 noyabr 2023-cü il tarixdə Salyan şəhəri, H.Z.Tağıyev küçəsində, bazarın arxasında yerləşən icarəsində olan dükanda olarkən polis əməkdaşları onu tutub polisə aparmışlar. X1 narkoloji disponserdə yoxlanılmış və marixuana qəbul etməsi ona bildirilmişdir. Törətdiyi əmələ görə peşmandır. Onun yaşlı olmasını heç kimi olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasmının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2023-cü il tarixli, 1073 nömrəli rəyinə əsasən, Şəxs Opioidlərin və Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Polinarkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şəxs Salyan RMX X7 narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X8 göndərilməlidir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 3.1. 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə; 3.2. əlilliyi olan şəxslərə; 3.3. hamilə qadınlara və südəmər uşaqları olan analara; 3.4. könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə; 3.5. psixi xəstələrə; 3.6. səhhəti narkoloji-tibb müəssisəsində qalmalarını istisna edən xəstələrə; 3.7. 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara; 3.8. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəlikləri olan şəxslərə. Qeyd edilənələrə əsasən məhkəmə Şəxs yaşının 60-dan yuxarı olması səbəbindən məcburi müalicə tətbiq olunmasını məqsədəuyğun hesab etmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X8 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar