Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-114/2025 27.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Mirzə Cəbrayıl oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş MN № 1954231/23 saylı, MN № 1954230/24 saylı və MN № 1954229/25 saylı 27 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokollar iş materialları ilə birlikdə baxılması üçün 27 yanvar 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. MN № 1954231/23 saylı, 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən Zərərçəkmiş şəxs2dən Ancor yağı oğurlayaraq 75 manat ziyan vurmuşdur. MN № 1954230/24 saylı, 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Y.Qasımov küçəsindəki “Ay İşığı” marketdən 58 manat dəyərində viski içkisi oğurlamışdır. MN № 1954229/25 saylı, 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1də kassiri aldadaraq 200 manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 13, 15, 16 yaşlarında 3 uşağı var. Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşayır. 2 gün vaxt verilərsə, dəymiş ziyanı ödəyəcəkdir. Əməlindən peşmandır. Qərarlardan şikayət verməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sifətində olan ləkələr “Ay İşığı” marketindən etdiyi oğurluqdan sonra marketin əməkdaşlar tərəfindən tanınmış və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı üzündəki ləkələr yaranmışdır. Bu barədə polis şöbəsində verdiyi izahatındada göstərmişdir. Etibarsız “100 manat”ı Bakı şəhərində kirayə yaşayan zaman tanımadığı şəxslərdən əldə etmişdir. Güman edir ki, üzərində olan etibarsızdır sözü həmin şəxslər tərəfindən silinmişdir. “Ay İşığı” marketdən oğurladığı viskini özü içmişdir. “Ancor” yağını tanımadığı şəxsə sataraq, əldə etdiyi pulu xərcləmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 bildirmişdir ki, Şəxs Zərərçəkmiş şəxs2 ərzaq mağazasından 22 yanvar 2025-ci il tarixdə 3 ədəd qutulara qablaşdırılmış “Ankor” kərə yağını oğurlayaraq mağazaya 75 manat məbləğində ziyan vurmuşdur. 10 saylı və 27 saylı Zərərçəkmiş şəxs1 ərzaq mağazalarına daxil olaraq hər iki mağazanın satıcı kassirlərinə üzərində gəzdirdiyi “Etibarsız” sözləri yazılmış 100 manat pul əskinasları təqdim edərək 4 paçka “Sobranie” siqaretləri alaraq, satıcıları aldatmaqla, hər bir mağazaya 100 manat məbləğində olmaqla, cəmi 200 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbirinin görülməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış HK-1/81 №-li material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə cinayət işinin başlanılması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirin görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Salyan şəhəri, S.Mövsümov küçəsi, ev 51-də yaşayan X2 xx.xx.2025-ci il tarixli rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, ünvan 1 ünvanda yerləşən “Al” market mağazasından 75 manat dəyərində “Ankor” kərə yağlarını oğurlamış, xx.xx.1985-ci il təvəllüdlü, Neftçala rayon Aşağı Surra kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri polis serjantı X3 xx.xx.2025-ci il tarixli və Neftçala şəhəri, S.Bayramov küçəsi, ev 53də yaşayan X4 xx.xx.2025-ci il tarixli müraciətləri əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, xx.xx.1985-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Neftçala rayon Aşağı Surra kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması, zərər çəkmiş şəxsə vurduğu zərəri qismən ödənilməsi İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 27 yanvar 2025-ci il tarixdən saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxsnin inzibati həbs müddətinin başlanğıcı 27 yanvar 2025-ci il tarixdən, saat 11:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-114/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-114/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver