Məhkəmə qərarları › İş №3(057)-1144/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1144/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1144/2025 29.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuş, Salyan şəhəri 20 Yanvar küçəsi ev 113-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.3cü maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Əliyev X2 RRİ tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 000279 saylı yazılı göstərişi tam və vaxtında icra etməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi və barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur və Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan inzibat xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Əliyev X2 RRİ tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 000279 saylı bildirişdə göstərilən tələbləri tam və vaxtında icra etməmişdir. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli № 11-3-7/2-632/2025 saylı sahibkar Şəxs Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən göndərilən bildirişin surətindən görünür ki, Salyan şəhəri S.Cəbrayılov küçəsində yerləşən “İSTİ KÜRƏ ÇÖRƏYİ” obyektinə aid reklamların açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanması halı bildirilmiş, bu halın aradan qaldırılmasının təmin edilməsi üçün idarə tərəfindən 05 gün vaxt verilməsi və əks təqdirdə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələbləri pozulduğu üçün barəsində müvafiq protokolun tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 000479 nömrəli xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Əliyev X3 şəhəri S.Cəbrayılov küçəsində yerləşən “İSTİ KÜRƏ ÇÖRƏYİ” obyektində olmuş, lakin aktı imzalamaqdan və nüsxəsini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının “Reklam Haqqında” Qanununa əsasən: 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 26.2-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 26.2-2. Reklam yayıcısı, həmçinin: 26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; 26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar