Məhkəmə qərarları › İş №3(057)-1146/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1146/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1146/2025 31.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, 06 oktyabr 2025-ci il tarixli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı qərarından məhkəməyə şikayət vermişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şirvan X16 tərəfindən barəsində cərimə növündə inzibati tənbeh vermə haqqında 06 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Qərarından şikayət edilən orqan qərarda qeyd etmişdir ki, X5 X18 Sistemlərinin İstismarı idarəsində əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri pozularaq xəbərdarlıq müddəti gözlənilmədən xitam verilmişdir. Qərarından şikayət olunan orqan qərar qəbul edilərkən qanunvericiliyin tələbini pozmuşdur. Sözü gedən qərarla bağlı tərtib edilmiş protokolun surəti ona verilməmiş, hüquq və vəzifələri ilə bağlı ona bildiriş təqdim olunmamışdır. Qərar qəbul edilənədək müvafiq sənədlərin surətləri onaə təqdim olunmayıb, sübutlar və etirazlar təqdim edilməyinə heç bir şərait yaradılmamışdır.Bundan başqa qərarından şikayət edilən orqan qərarla bağlı yeni protokol tərtib etməmiş yalnız köhnə inzibati xəta haqqnında protokolu əsas götürüb bunu qərarında qeyd etmiş və yeni inzibati icraatla bağlı müvafiq prosessual hərəkətlərin həyata kerilməsi ilə əlaqədar heç bir protokol tərtib etməmiş və onu iclasa qərar qəbul edən ana qədər dəvət etməməklə ziyanına bir tərəfli formada qərar qəbul etmişdir. İnzibati tənbeh vermə haqqında qərarın özündədə bir sıra araşdırmalar aparılmayıbdır. Beləki işçi X9 ştatların ixtisarı ilə bağlı şəxsən ərizə yazaraq onu həmin vaxtı işdən azad edilməsini xahiş etmiş və bununla bağlı ərizəsi qeydə alınaraq iş materiallarına əlavə edilmişdir. İnziati orqan qərar qəbul edələnədək onu inzibati orqana dəvət etsəydi Hafis Ağammədovun ərizəsini şəxsən təqdim edib digər sənədləri də inzibati orqanda tam və hərtərəfli araşdırmasına nail olunardı. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyin tələbinə görə işçi əgər işdən çıxması barədə ərizə təqdim edirsə, ona xəbərdarlıq müddəti gözlənilmədən əmək müdqaviləsinə xitam verilə bilər. Ağammədov Hafis işdən azad olunması ilə bağlı ərizəsini təqdim etmiş onun ərizəsi nəzərə alınmış və işdən azad edilmişdir. Bundan başqa həmin vaxt işçilərin ixtisarı aparılmış və ixtisarla bağlı müvafiq əmrlər verilmiş və işçi işdən azad olunmuşdur. Bundan əlavə Hafis Ağaməmmədov işdən azad olunarkən onun bütün hüquqları təmin edilmiş, həmin vaxt ondan heç bir etiraz və vəsatət idarəyə daxil olmamışdır. Lakin inzibati orqan işin bu halını nəzərə almadan onun ziyanına qərar çıxarılmasına nail olmuşdur. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayətçi X10 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası X13 Xidmətinin X4 rəisi X17 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 06 oktyabr 2025-ci il tarixli “İnzibati cərimənin tətbiq edilməsi haqqında” qərarın ləğv olunması barədə X6 şikayəti təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X4 inzibati cərimənin tətbiq edilməsi haqqında 06 oktyabr 2025-ci il tarixli MN ******* saylı qərarından görünür ki, vəzifəli şəxs X1 Hafiz Baləhməd oğlunun X19 Sistemlərinin İstismarı İdarəsində əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xəbərdarlıq müddəti gözlənilmədən xitam verərək İXM-in 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bundan başqa, şikayətçi X10 təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda məhkəməyə şikayətini əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. X10 şikayət ərizəsində X7 tərəfindən işdən azad olunması ilə bağlı ərizə ilə müraciət olunduğunu bildirsə də, həmin ərizəni şikayət ərizəsinə əlavə etməmiş, məhkəmə iclası təxirə salındıqdan sonra da məhkəmə iclasında iştirak etməməklə sübutları təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl İXM ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik - davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə İXM-in 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İXM-in 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X8 tərəfindən haqlı olaraq inzibati qaydada məsuliyyətə cəlb edilmiş və inzibati məsuliyyətə dair qərarın ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, Azərbaycan Respublikası X13 Xidmətinin X4 rəisi X17 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 06 oktyabr 2025-ci il tarixli “İnzibati cərimənin tətbiq edilməsi haqqında” qərarın ləğv olunması barədə X6 şikayəti təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 115, 129.1.1 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası X13 Xidmətinin X4 rəisi X17 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 06 oktyabr 2025-ci il tarixli “inzibati cərimənin tətbiq edilməsi haqqında” qərarın ləğv olunması barədə X6 şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar