Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1149/2024 10.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 nümayəndəsi X4, X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından X8 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı əsasında X14 Azərbaycan Respublikası İXM-nın 469.2-ci maddəsi ilə 1500 manat cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X14 26 noyabr 2024-cü ildə məhkəməyə şikayət ərizəsi ünvanlayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 rəisi X15 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 469.2-ci maddəsinə əsasən təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X14 izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən restoran işlədir. 04 oktyabr 2024-cü il tarixdə atası ona zəng edərək bildirmişdir ki, onu 14 oktyabr 2024-cü il tarixə X9 Xidmətindən çağırırlar. O da, Əmək Müfəttişliyi Xidmətində işləyən İman adlı şəxslə əlaqə saxlayaraq, onu nəyə görə çağırdıqları barədə soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası yoxdur. Əgər müvafiq sığorta müqaviləsi bağlayarsa, Əmək Müfəttişliyi Xidmətinə gəlməsinə ehtiyac yoxdur. O da, öz növbəsində "xxxx" Şirkəti ilə xx.xx.2024-cü il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası ilə bağlı müqavilə bağlamışdır. Lakin ona məlum olmuşdur ki, X9 Xidməti onu 1500 manat məbləğində cərimə etmişdir. Həmin qərardan narazı olduğu üçün məhkəməyə müraciət etmişdir. Barəsində tərtib olunmuş qərar əsassız olduğu üçün qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 nümayəndəsi X6 izahatında bildirmişdir ki, şikayət formal xarakter daşıyır. Bağlanan müqavilə alt sistemə düşməmişdir. Həmçinin müqavilə onlara təqdim edilmədiyi üçün onun adına cərimə yazılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında X14 bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən restoran işlədir. xx.xx.2024-cü il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli sığorta müqaviləsindən aydın olur ki, X14 tərəfindən işçilərinin icbari qaydada sığortalanmasına dair ödənişlər Atəşgah Həyat Sığorta Şirkəti ASC-nin hesabına keçirilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X5 tərəfindən X10 ünvanlanmış 15 oktyabr 2024cü il tarixli məktubdan görünür ki, müvafiq elektron informasiya sistemi vasitəsilə əldə olunan məlumatlar əsasında, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması tərəfindən təmin edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, İXM-in 469.2-ci maddəsinə əsasən barəsində 15 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunan 15 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, işəgötürən tərəfindən 6 nəfər işçi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamışdır. Bununla da, X14 tərəfindən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 rəisi X15 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq işəgötürən X16 tərəfindən 6 nəfər işçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışdır. Bu səbəbdən X14 İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat cərimə olunmuşdur. İXM-in 469.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə X14 tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və hazırda həmin müqavilə qüvvədədir. Buna baxmayaraq səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmadan xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 X14 barəsində qəbul olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 X14 barəsində qəbul olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1149/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1149/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver