Məhkəmə qərarları › İş №3(057)-1149/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1149/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1149/2025 20.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X10, Zərərçəkmiş şəxs X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixində Salyan rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, Salyan rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Bəydili kəndində yaşayan X8 yaşadığı evə gedərək səs-küy salaraq və nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X17 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2025-ci ilin yanvar ayında onun qardaşı X1 döydüyünə görə 01 sentyabr 2025-ci il tarixdə 06 müddətə həbs olunmuşdur. O, bu barədə söhbət etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə günorta saatlarında Səmayənin oğlu Kamilin istifadə etdiyi mobil nömrəyə zəng etmişdir. Kamil onun zəngini açmışdır. O, Kamil ilə qardaşı Azər barəsində söhbət etmək istədiyini demişdir. Kamil ona yaşadığı kənd ərazisində görüşməklərini demişdir. O, Kamilə kənd ərazisində olan ət dükanlarının qarşısında görüşməklərini desədə Kamil onunla razılaşmamışdır. Sonra isə zəngi söndürmüşdür. O, Kamilə dəfələrlə zəng etsə də zəngini açmamışdır. O, buna görə Kamil ilə görüşmək məqsədi ilə Kamilin yaşadığı evə getmişdir. O, Səmayənin həyat yoldaşı Əlini söhbət etməyə çağırmışdır. Əli evdən çölə çıxmış və onlar söhbət etməyə başlamışlar. Bir az keçdikdən sonra Səmayə yaşadığı evdən çıxaraq onunla sözlü mübahisə etməyə başlamışdır. O, Səmayəyə niyə onunla mübahisə etdiyini soruşduqda Səmayə evində xəstə uşaq olduğunu və onun ucadan danışdığını demişdir. O, Səmayəyə heç bir söz deməmişdir. Lakin Səmayə onun barəsində şikayət edəcəyini deyib mobil telefonu vasitəsi ilə kiminləsə əlaqə saxlamışdır. Bir az keçdikdən sonra isə kəndin sahə rəisi olan Elçin adlı polis əməkdaşı həmin yerə gəlmişdir. Bu zaman o, Səmayənin həyətindən çölə çıxmışdır. Elçin də həmin vaxtı gələrək onunla söhbət edərək oradan uzaqlaşdırmışdır. O, sonradan Səmayənin onun barəsində Azərbaycan Respublikası DİNnin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək məlumat verdiyini öyrənmişdir. Lakin Səmayənin onun barəsində etdiyi şikayətin tam olaraq şər, böhtan və əsassız olduğunu bildirmişdir. Əlində balta və ya bıçaq olmamış, nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X16 izahatında bildirmişdir ki, Şəxs uzun müddətdir ki, tanıyır. Ülfət onun həmkəndlisi olmuşdur. Hazırda isə qonşu kənd olan Qızılağac kəndində yaşayır. Oğlu X2 qardaşı olan X6 yanında günəmuzd fəhlə işləmişdir. 2022-ci il fevral ayında o onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə əməliyyat olunmalı idi. Buna görədə onun oğlu Kamil “Access” Bank-dan kredit götürmək istəmişdir. Lakin Kamilə kredit verilməmişdir. Səbəb isə zamin olmaması olmuşdur. Bu barədə Kamil Azərə dedikdə Azər zamin dayanacağını bildirmişdir. Buna görədə Kamil 3 il müddətinə qaytarmaq şərti ilə “Access” Bankdan 10000 manat məbləğində pul götürmüşdür. Azərdə Kamilə zamin dayanmışdır. Lakin onun əməliyyatı gecikdiyinə görə o əməliyyat olunmamışdır. Pul isə onun evndə olmuşdur. Bunu bilən Azər Kamildən həmin puldan 9500 manat pul borc istəyərək 10-15 gün müddətinə qaytaracağını demişdir. Kamildə heç bir problem olmadığını deyib həmin pulu Azərə vermişdir. Lakin Azər həmin pulu qaytarmamışdır. Azər qəssab işlədiyinə görə evinə aldığı əti pul əvəzi hesab edərək 1200 manat pul qaytarmışdır. Hazırda isə 8200 manat borcu qalmışdır. Kamil dəfələrlə Azərdən pulunu istəsədə Azər müxtəlif bəhanalər gətirərək həmin pulu qaytarmamışdır. Sonuncu dəfə 2025-ci ilin yanvar ayının 6-da Kamil və o birlikdə pulu istəmək mqəsədi ilə Azərin yaşadığı evin həyətinə getmişdir. Həmin vaxtı Azər ilə aramızda yaranmış mübahisə zamanı Azər onu döymüşdür. O, bu barədə şikayət etdikdə Azər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və Azər 02 sentyabr 2025-ci il tarixdə 06 ay müddətə həbs olunmuşdur. Bundan sonra Azərin qardaşı Ülfət 05 sentyabr 2025-ci il tarixdə günorta saatlarında oğlu Kamilə zəng etdiyini bilmişdir. Ülfət Kamil ilə danışıq zamanı sözlü mübahisələr etmişdir. Qeyd olunan tarixdə axşam saat 18 radələrində Ülfət onun yaşadığı evə gəlmişdir. Bu zaman o, həyat yoldaşı X14 ilə yaşadığı evin həyətində oturmuşlar. Ülfət həyətə daxil olan zaman əlində balta və bıçaq olmuşdur. Ülfət ucadan danışaraq ona Kamili öldürəcəyini demişdir. O, Ülfətin spirtli içki təsiri altında olduğunu görüb dərhal kəndin icra nümayəndəsi olan Qorxmaza zəng edib bu barədə məlumat vermişdir. Qorxmaz da ona kəndin sahə rəisinə məlumat verəcəyini demişdir. O, bu barədə Ülfət ilə söhbət edən zaman Ülfət ona qardaşı Azər barəsində olan şikayəti geri çəkməyini tələb etmişdir. Əks halda oğlu Kamili öldürəcəyini demişdir. Biraz keçdikdən sonra kəndin sahə rəisi olan Elçin adlı polis əməkdaşı onun yaşadığı evin həyətinə gəlmişdir. Bu zaman o, Ülfəti yaşadığı evin həyətindən çıxarmışdır. Elçin də həmin vaxtı gələrək Ülfəti öz avtomobilinə əyləşdirib onun həyətindən uzaqlaşdırmışdır. O da bundan sonra bu barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 izahatında bildirmişdir ki, Şəxs uzun müddətdir ki, tanıyır. Ülfət onun həmkəndlisi olmuşdur. Hazırda isə qonşu kənd olan Qızılağac kəndində yaşayır. O, Ülfətin qardaşı olan X6 yanında günəmuzd fəhlə işləmişdir. 2022-ci il fevral ayında onun anası Səmayə onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə əməliyyat olunmalı idi. Buna görə də “Access” Bankdan kredit götürmək istəmişdir. Lakin ona zamini olduğu halda kredit veriləcəyi bildirilmişdir. Bu barədə o, Azərə dedikdə Azər ona zamin dayanacağını bildirmişdir. Buna görə də o, 3 il müddətinə qaytarmaq şərti ilə “Access” Bank-dan 10000 manat məbləğində pul götürmüşdür. Azər də ona zamin dayanmışdır. Lakin anası Səmayənin əməliyyatı gecikdiyinə görə əməliyyat olunmamışdır. Pul isə onun evində olmuşdur. Bunu bilən Azər onda həmin puldan 9500 manat pul borc istəyərək 10-15 gün müddətinə qaytaracağını demişdir. O da heç bir problem olmadığını deyib həmin pulu Azərə vermişdir. Lakin Azər həmin pulu qaytarmamışdır. Azər qəssab işlədiyinə görə evlərinə aldığı əti pul əvəzi hesab edərək 1200 manat pul qaytarmışdır. Hazırda isə 8200 manat borcu qalmışdır. O, dəfələrlə Azərdən pulunu istəsə də Azər müxtəlif bəhanalər gətirərək həmin pulu ona qaytarmamışdır. Sonuncu dəfə 2025-ci ilin yanvar ayının 6-da o və anası Səmayə ilə birlikdə pulu istəmək məqsədi ilə Azərin yaşadığı evin həyətinə getmişlər. Həmin vaxtı Azər ilə arasında yaranmış mübahisə zamanı Azər onun anası Səmayəni döymüşdür. Anası Səmayə bu barədə şikayət etdikdə Azər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və Azər 02 sentyabr 2025-ci il tarixdə 06 ay müddətə həbs olunmuşdur. Bundan sonra Azərin qardaşı Ülfət 05 sentyabr 2025ci il tarixdə günorta saatlarında ona zəng etmişdir. Ülfət ona zəng edərək onun şikayətini geri çəkməyini demişdir. O isə Ülfətə Azərin ona pulunu geri qaytardığı halda şikayətini geri çəkəcəyimi demişdir. Bundan sonra Ülfət ona qarşı nalayiq ifadələr işldərək onu öldürməklə hədələmişdir. O, Azərin danışığına xoşu gələmədiyi üçün zəngi söndürmüşdür. Bundan sonra Ülfət dayanmadan ona zənglər etmişdir. O, isə həmin vaxtı kənd ərazisində heyvanını otarmışdır. Ona axşam saat 19 radələrində anası Səmayə zəng edərək Ülfətin yaşadığı evə gəldiyini və onu öldürməklə hədələdiyini demişdir. O, Səmayədən Ülfətin nə etdiyini soruşduqda Səmayə ona bu barədə Qorxmaza zəng edib məlumat verdiyini, Qorxmazın ərazinin sahə rəsini onların evinə göndərdiyini və Ülfəti sahə rəisinin apardığını demişdir. Lakin biraz keçdikdən sonra Ülfətin yenidən ona zəng etdiyini görmüşdür. O, bu barədə anası Səmayəyə dedikdən sonra anası Səmayə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək məlumat vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan rayonu Bəydili kəndində yaşayan X16 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək, qeyd olunan tarixdə Şəxs adlı şəxsin zəng edib oğlunu öldürməklə hədələdiyini, habelə ünvanına bıçaq və balta ilə yaxınlaşaraq oğlunu öldürəcəyini bildirməsindən və vətəndaşı təhqir etməsindən narazı olaraq həmin şəxsin polis tərəfindən aparılması, narkotik maddə aluəçisi olmasını, şikayəti ilə bağlı tədbir görülməsi barədə məlumat vermişdir. X8 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək verdiyi məlumat xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1763 sayla qeydiyyata alınaraq Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Fuad Mirzəzadənin icraatına daxil olmuşdur. X15 tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin Salyan Rayon Prokurorluğu qəbul edilmiş qərarı xx.xx.2025-ci il tarixdə ləğv edərək yenidən araşdırlması üçün Salyan RPŞ-nə göndərmiş və xx.xx.2025-ci il tarixdə icraatıma daxil olmuşdur. Salyan rayonu Bəydili kəndində yaşayan X16 xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Salyan rayonu Qızılağac kənd sakini olan Şəxs yaşadığı evin həyətinə balta və bıçaqla gələrək onunla mübahisə edib onu və X5nu öldürməklə hədələdiyini bildirmişdir. Araşdırma zamanı toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanda X4 əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda xuliqanlıq) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X3 verilmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Salyan rayonu Bəydili kəndində yaşayan X8 müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilməsi, Salyan rayonu, Qızılağac kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda xuliqanlıq) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmalı və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X3 verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı Salyan RPŞ-nin qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Bəydili kəndində yaşayan X8 yaşadığı evə gedərək səs-küy salaraq və nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Bəydili kəndində yaşayan X8 yaşadığı evə gedərək səs-küy salaraq və nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 (yeddi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 oktyabr 2025-ci il tarixdən, saat 12:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar