Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1150/2025 13.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttişi X10, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan X20 Xidmətinin Baş X5 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan X20 Xidmətinin Baş X5 İdarəsinin (bundan sonra Baş X5 İdarəsi) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228 və 253.3.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Baş X5 İdarəsi barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 228 və 253.3.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, 03 iyul 2025-ci il tarixdə, saat 11:40-da Muğan-Salyan sutullayıcı kollektorunun qarşısına vurulmuş torpaq (qarışıq süxur) kütləsindən ibarət bəndin üstələnməsi işləri zamanı mühafizə zolağından 25 yulğun kolunun məhv edilməsi və 1276 m3 həcmində torpaq daşınması faktı aşkar edilmişdir. Nəticədə, Baş X5 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228 və 253.3.3-cü maddələrində nəzərdə tutulmuş xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X15 tərtib olunmuş protokolu müdafiə edərək, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Baş X5 İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Baş X5 İdarəsi barəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 228 və 253.3.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İlk öncə bildirmişdir ki, Baş X5 İdarəsinin Əsasnaməsində həmin idarənin hüquqi şəxs olmaması və X20 Xidmətinin strukturuna daxil olması qeyd olunmuşdur. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib edilərkən subyekt düzgün seçilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun tərtib olunması zamanı Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamış, idarənin nümayəndəsinə nə hadisə yerinə baxış, nə də protokolun tərtib edilməsi barədə rəsmi məlumat verilməmişdir. Həmin protokol 03 iyul 2025-ci il tarixli aktın tərtibindən 01 ay 04 gün sonra tərtib olunmuşdur. Ərazidə olan yulğun kolları yaş halda olmamış, şəkil və videodan da göründüyü kimi tamamilə qurumuş vəziyyətdədir. Bu isə həmin kolların kənardan gətirilib həmin sahəyə qoyula biləcəyi ehtimalını artırır. Torpaq bəndə gəlincə, təxminən 14 il bundan öncə Masallı və Neftçala rayonlarının qış otlaq sahələrində su çatışmazlığı olduğu üçün Muğan- Salyan sutullayıcı kollektorundan Masallı və Neftçala rayonlarının qış otlaq sahələrinə su verilmiş, daha sonra suyun verilməsinə ehtiyac qalmadığından kollektorun qarşısına vurulmuş torpaq bənd açılaraq suyun Xəzər dənizinə axıdılması təmin edilmişdir. Şikayətçi Şahid ekoloji sahədə ictimai fəal olduğunu, şikayətinin əsassız olduğunu bildirmişdir. Bütün qeyd olunanların nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid bildirmişdir ki, xx.xx.1948-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, orta təhsili, pensiyaçıdır. Baş X11 İdarəsi tərəfindən 5 ildir ki, kollektorun qarşısına böyük bir bənd vurulub. Vaxtı ilə orada işləyən Bulat Ağabəyov ona məktub yazaraq bildirmişdir ki, həmin bəndin qarşısını açdırsın, su dənizə getsin, amma həqiqətə əsasən gəlib açmadılar, sonradan gəlib bəndin qarşısını bir balaca açmışdırlar. İndi isə həmin X11 İdarəsi tərəfindən bəndin qarşısı bağlanmışdır. Həmin Baş X11 İdarəsinin rəisi Elşad Quliyevdir. X25-Salyan Sutullayıcı kollektorun qarşısına böyük bir torpaq bənd vurmaqla suyun istiqamətini dəyişərək, bu qanunsuzluqlara bilərəkdən yol vermişdir. Hal-hazırda kollektorun qarşısında olan bəndin götürülməsi üçün mübarizə aparır. 2025-ci ilin may ayının əvvəllərindən ona məlum olmuşdur ki, “işbazlar” adıçəkilən kollektorun qarşısını təkrar tutublar. Cavabdeh şəxs Elşad Quliyevlə bir neçə dəfə telefon əlaqəsi saxlamış və onunla görüşmək məqsədi olduğunu bildirmiş, lakin görüş baş tutmamışdır. O, bildirmişdir ki, 52-ci dəfədir ki, məhkəmə iclaslarında şahid qismində iştirak edir, Elşad Bağırov gələndən sonra kollektorun qarşısına bənd vurulmuş, yaşıllıq korlanmışdır. Bəlkə də, Elşad Bağırovun bundan xəbəri yoxdur, amma bütün bunların məsuliyyətinin onun üstündə olduğunu bildirmişdir. Elşad Quliyev barəsində 4-5 dəfə çəkilişlər aparmış, dəfələrlə ona zəng edib kollektorun qarşısında olan bəndin açılmasını tələb etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X22 bildirmişdir ki, Baş X5 İdarəsinin Texniki istehsalat vəs istismar şöbəsinin mühəndis hidrometri vəzifəsində işləyir. Onu Ekologiya Nazirliyinə çağırmışlar, orada verdiyi izahat nazirliyin əməkdaşının diktəsi ilə yazılmışdır. Həmin əməkdaş ona izahata qol çəkməli olduğunu, narahat olmamasını bildirmişdir. Sonradan protokol yazıldığını öyrənmişdir. Protokolun tərtibində iştirak etməmişdir. Ərazidə olan yulğunlar isə quru halda olmaqla sonradan həmin əraziyə qoyula bilərdi. Bunun barəsində məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X16 bildirmişdir ki, 1191-ci ildən Baş X5 İdarəsinin Texniki istehsalat və istismar şöbəsinin rəisi vəzifəsində işləyir. 2014- 2015-ci il tarixdən kollektorun qarşısına bənd vurulub. Bəndin vurulması Ekologiya Nazirliyi ilə qarşılıqlı razılıq əsasında olub. Çünki Mahmudçala, Zəvvar və X3 X12 ilə həmsərhəd ərazidən keçən Muğan-Salyan suötürücü kollektorundan qidalanır. Təxminən 14 il bundan öncə Masallı və Neftçala rayonlarının qış otlaq sahələrində su çatışmazlığı olduğu üçün Muğan-Salyan sutullayıcı kollektorundan Masallı və Neftçala rayonlarının qış otlaq sahələrinə su verilmiş, daha sonra suyun verilməsinə ehtiyac qalmadığından kollektorun qarşısına vurulmuş torpaq bənd açılaraq suyun Xəzər dənizinə axıdılması təmin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Baş X5 İdarəsi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 47 nömrəli məktubdan görünür ki, “Cəlilabad- Bilesuvar" ekologiyanin qorunmasina yardım ictimai birliyinin Biləsuvar filialının direktoru Şahid 29 may 2024-cü il tarixli, 09 saylı Masallı va Neftçala rayonlarına təhkim olunmuş qış otlaq sahələrində məskunlaşmış iri va xırda buynuzlu heyvanlara su qıtlığı ilə əlaqədar suyun verilməsi üçün Muğan-Salyan sutullayıcı kollektorunun qarşısına torpaq bənd vurulmasına görə şikayət məktubu idaranin mütəxəssisləri tərəfindən araşdırılmışdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Masallı va Neftçala rayonlarının qış otlaq sahələrində su çatişmazlığı aradan qaldınlmış, heyvanların suya olan tələbatı tam təmin olunmuşdur. Odur ki, Muğan-Salyan sutullayıcı kollektorundan Masallı va Neftçala rayonlarının qış otlaq sahələrinə suyun verilməsinə ehtiyac qalmadığından kollektorun qarşısına vurulmuş torpaq bənd açılaraq suyun Xəzər dənizinə axıdılması təmin edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş 30524 saylı müraciət sənədindən görünür ki, Şahid nazirliyin “Qaynar xətti”nə müraciət edərək X7 suyun kəsilməsi və təsərrüfata müdaxilə edilməsi barədə məlumat vermişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri K.Səmədov, Ə.Xankişiyev, Ş.Əzimov və Şahid iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 90955 nömrəli aktdan görünür ki, Biləsuvar rayon sakini Şahid şikayətində qeyd etmişdir ki, Mahmudçala OT-na müdaxilə olunduğundan təsərrüfat qurumaq üzrədir. Təsərrüfatın əməkdaşları ATOTA-nın əməkdaşları ilə birləşərək kollektorun qarşısına bənd vuraraq təsərrüfatın suyunu tamamilə kəsiblər. Tez bir zamanda tədbir görülməsini xahiş etmişdir. Qeyd olunanlarla bağlı araşdırma zərurəti yarandığından sözügeden yerlərə tərəflərindən şikayətçi Şahid və Mahmudçala OT-nın əməkdaşlarının iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Mahmudçala OT-nın ərazisindən keçməklə Xəzər dənizinə axıdılan “Salyan-Muğan” Sutullayıcı Kollektorunun qarşısına torpaq kütləsi daşınaraq bənd vurulmuş, bunun nəticəsində kollektorun dəniz axınının qarşısı tamamilə alınmışdır. Kollektorun suyu “Cənub Muğan” Yığıcı Kollektoruna yönləndirilmiş və digər istiqamətlərə axıdılmaqda davam edir. Buna görə də, hal-hazırda Mahmudçala OT-na kollektorunun suyu axıdılmaqdadır. X1 qarşısına torpaq kütləsindən ibarət vurulmuş bəndin u-29 m, e-11 m, h-4 m, cəmi 1276 m3 təşkil edir. Digər X6 qarşısına torpaq kütləsindən ibarət vurulmuş bəndin u-16 m, e-6 m, h-2 m olmaqla, 192 m3 təşkil edir. Ümumilikdə 1468 m3 qarışıq süxur olmaqla torpaq kütləsi daşınaraq kollektorlara bənd vurulmasında istifadə edilmişdir. Bu işlər aparılarkən texnikalar vasitəsilə ərazidə mövcud yulğun kollarından 25 ədədi kökündən çıxarılaraq məhv edilmişdir. Aşkar olunan faktlarla bağlı aparılan araşdırılma zamanı qeyd olunan işlərin kim və kimlər tərəfindən görülməsini müəyyən edə bilməmişlər. Araşdırma zamanı şikayətçi Şahid araşdırmaya təqdim etdiyi 20 iyun 2024-cü il tarixli, 47 saylı məktubda qeyd olunmuşdur ki, Mugan-Salyan su tullayıcı kollektoruna vurulmuş torpaq bənd açılaraq suyun Xəzər dənizinə axıdılması təmin olunmuşdur. Lakin aidiyyəti idarələr tərəfindən məktubda qeyd olunan xüsusatlar icra olunmamışdır. Akta ərazidən çəkilmiş foto şəkillər, 20 iyun 2024-cü il tarixli, 47 saylı məktubun surəti əlavə olunmuşdur. Həmin akta əlavə edilmiş cədvəldən görünür ki, X9 ərazisindən keçməklə Xəzər dənizinə axıdılan Muğan-Salyan sutullayıcı kollektorunun qarşısında bənd vurma işləri aparılarkən texnikalar vasitəsi ilə ərazidə mövcud yulğun kollarının məhv edilməsi nəticəsində təbiətə 2000 manat ziyan dəymişdir. Həmin akta əlavə edilmiş digər cədvəldən görünür ki, X9 ərazisindən keçməklə Xəzər dənizinə axıdılan Muğan-Salyan sutullayıcı kollektorunun qarşısında bənd vurma işləri aparılarkən texnikalar vasitəsi ilə ərazidə mövcud süxur (qarışıq) daşınması nəticəsində təbiətə 18469.80 manat ziyan dəymişdir. Baş X5 İdarəsi tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-2-152/2-135/2025 nömrəli məktubdan görünür ki, X21 üzərində nizamlayıcı borulu suburaxıcı 2015-ci ildə ETSN və o dövrdə Meliorasiya va Su Təsərrüfatı ASC-nin birgə razılığı əsasında qurulmuşdur. Borulu suburaxıcının qurulmasında məqsəd iqlim dəyişikliyi ilə əlaqədar Mahmudçala va Qızılağac qoruğunda yaranmış ekoloji fəlakətin qarşısını almaqdır. Belə ki, yay aylarında çalada suyun azalması, qoruğun flora va faunasının yox olmasına səbəb olur. Şahid Ərəstun oğlunun ETSN-nin 168 sayli Qaynar xətt xidmətinə müraciəti, məktubda göstərilənləri əks etdirmir. X24 kollektorunda tikinti işləri zamanı istifadə edilən torpaq kütləsi, kollektorun ehtiyat torpaq fondundan götürülmüş və kənar ərazidən daşınmamışdır. Məktubda göstərilən 25 ədəd yulğun koluna gəlincə isə yulğunlar kollektorun mühafizə zonasında yabanı şəkildə bitdiyindən icazə alınması tələb olunmayan əraziyə aiddir. Kollektorda lildən təmizləmə və hər hansı hidrotexniki qurğunun quraşdırılması zamanı, əgər maneə yaradarsa, onların ərazidən çıxarılıb götürülməsinə idaranin tam hüququ vardir. Qeyd edilən ərazidən çıxarılmış yulğunların sayı süni şəkildə artırılmışdır va kollektorun mühafizə zonasına aiddir. Mühafizə zonası isə icazə alınması tələb olunmayan əraziyə aiddir. Qoruğun ərazisində qeyri-qanuni yaradılmış balıq göllərinin X24 kollektorunun suyundan istifadə edə bilməmələri və heç bur hüquqi əsası olmayan iddialarla idarənin ünvanına böhtan xarakterli üsula əl atırlar. Həmin ərazidə X24 kollektoruna qoşulan Cənubi Muğan kollektoru idarənin balansında deyil. Baş X5 İdarəsi tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-23152/2-142/2025 nömrəli məktubdan görünür ki, 3 saylı Regional Ekologiya va Təbii Sərvətlər İdarəsindən 4 Saylı Şirvan-Salyan Regional bölməsinə daxil olmuş 3-53-1-4/25-187/2025 nömrəli məktubla əlaqadər Biləsuvar şəhər sakini Şahid «X24 kollektorunun qarşısına bənd vurulmasi» məzmunlu məktubla əlaqədar əraziyə 4 saylı Şirvan-Salyan regional bölməsinin əməkdaşlanı və bizim əməkdaşlarla birgə əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yazılanlar şər-böhtan xarakterli məlumatlardır va əsl həqiqəti əks etdirmir. Belə ki, 1994-cü ildə Baş Mil-Muğan Kollektoru istismara verildiyindən X27 Örürücü kollektorunun 50 km-lik hissəsi istismardan çıxarılmış və təmir-bərpa işlərinin görülməsi üçün ehtiyata götürülmüşdür. Salyan rayonu ərazisindən çıxan, qrunt sularını ötürən Şimali Akkuşa kollektorunun X21 ilə birləşən hissəsində su qıtlığı ilə əlaqədar olaraq kollektorun suyu borulu su buraxıcı vasitəsi ilə Qızılağac Milli parkına ötürülür. Məktubda adı çəkilən torpaq bənd 2015-ci ildə inşa edilmişdir. Qızılağac Milli parkında yaranmış, yay aylarında ekoloji fəlakətin qarşısını almaqdan ötrü Şimali Akkuşa kollektorundan Q=3 m3 san su qoruğa ötürülür. Müşahidə zamanı məlum olmuşdur ki, d= 800 mm-lik borudan istifadə etməklə torpaq bənd inşa edilmişdir. Baş X5 tərəfindən heç bir qeyri-qanuni iş görülməmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 03 iyul 2025-ci il tarixdə, saat 11:40-da Muğan-Salyan sutullayıcı kollektorunun qarşısına vurulmuş torpaq (qarışıq süxur) kütləsindən ibarət bəndin üstələnməsi işləri zamanı mühafizə zolağından 25 yulğun kolunun məhv edilməsi və 1276 m3 həcmində torpaq daşınması faktı aşkar edilmişdir. Nəticədə, Baş X5 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228 və 253.3.3-cü maddələrində nəzərdə tutulmuş xəta törədilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-71-20/2-28/2025 saylı arayışdan görünür ki, Baş X5 İdarəsinin balansında olan “Muğan-Salyan” suötürücü kollektorunun 240+40-cı piketi Salyan rayonunun Şorsulu ərazisindən keçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-14/2-2880-D-xx-xx/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli, 69 nömrəli Fərmanına əsasən, ölkədə ovçuluq sahəsinin inkişafı, tənzimlənməsi, ovçuluq təsərrüfatları, ov ehtiyatlarının davamlı idarə olunması və qanunsuz ovçuluğun qarşısının alınması məqsədilə ovçuluq təsərrüfatları yaradılmışdır. Bu ovçuluq təsərrüfatlarından Mahmudçala, Zəvvar və X3 Biləsuvar və Cəlilabad rayonlarının inzibati ərazisində yerləşir. Qeyd edilən ovçuluq təsərrüfatları təbii sərbəst və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti olmaqla, müxtəlif növ flora və fauna növlərinin məskunlaşdığı ərazilərdir. Sözügedən ovçuluq təsərrüfatları X12 ilə həmsərhəd ərazidən keçən Muğan-Salyan su ötürücü kollektorundan qidalanır. Cari ilin avqust ayının əvvəlindən su ötürücü kollektordan Mahmudçala, X2 su təminatı tamamilə dayandırılmışdır. Nəticədə sözügedən təsərrüfatlarda su ekosistemi və burada məskunlaşan canlılar üçün kritik vəziyyətin yarandığı, bəzi hallarda canlıların məhv olması müşahidə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, təsərrüfatların ekoloji vəziyyətinin pisləşməsinin qarşısının alınması, təbii ekosistemin tarazlığının təmin olunması, bioloji resursların qorunub saxlanılması üçün su təminatının bərpa edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində köməkliyin göstərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolun tərtib olunması zamanı Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamış, idarənin nümayəndəsinə nə hadisə yerinə baxış, nə də protokolun tərtib edilməsi barədə rəsmi məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin malik olduğu hüquqlar təsbit edilib. Həmin maddənin tələbinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. bu kimi hüquqlara malikdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yazılı izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək (o cümlədən şahidin dindirilməsinə dair vəsatət vermək), işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarının təmin olunması halı iş materialları ilə müəyyən edilmir. Bu isə protokolun tərtibi zamanı obyektiv araşdırmanın aparılması, subyektin izahat vermək hüququnun reallaşdırılması tələblərinin pozulması deməkdir və bu cür prosessual pozuntu protokolun hüquqi qüvvəsini şübhə altına alır. İş materiallarında olan məktublardan görünür ki, protokolda qeyd olunan “torpaq bəndin vurulması” yeni hal olmamaqla, həmin bənd uzun illər əvvəl ekoloji fəlakətin qarşısını almaqdan ötrü inşa edilmişdir. Belə ki, Bu hal Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 47 saylı və xx.xx.2025-ci il tarixli, 3-53-23152/2-142/2025 nömrəli məktublarında da təsdiq olunur; həmin məktublarda açıq şəkildə göstərilir ki, “Muğan-Salyan sutullayıcı kollektorunun qarşısında torpaq bəndi əvvəllər mövcud olmuş, lakin görülən işlər nəticəsində bəndin qarşısı açılmış və kollektor boyu suyun Xəzər dənizinə axıdılması tam təmin edilmişdir”. Bu sənədlər sübut edir ki, protokolda göstərilən bənd hal-hazırda inşa edilmiş yeni tikili deyil, əksinə uzun illər öncə inşa olmuş, sonradan idarə tərəfindən tam açılmışdır. Buna görə də, uzun illər əvvəl əmələ gələn və artıq mövcud olmayan vəziyyətə görə hazırda inzibati məsuliyyətin tətbiqi qanunvericiliyin müddət tələbləri ilə uzlaşmır. Bundan başqa, protokolda “yulğun kollarının məhv edilməsi” kimi göstərilən hal da sübut olunmamışdır. Belə ki, iş materiallarında olan fotoşəkillər və videoçəkilişlərdən açıq şəkildə görünür ki, ərazidə olan yulğun kolları yaş halda deyil, tamamilə qurumuş vəziyyətdədir, kök sistemi mövcud deyil və kolların torpaq örtüyü ilə bağlılığı yoxdur. Kolların qurumuş, köksüz görünməsi onların təbii yolla yerindən çıxmadığını, əksinə kənardan gətirilib həmin sahəyə qoyula biləcəyini istisna etmir. Bu isə protokolda qeyd edilən “yulğunun məhv edilməsi” faktının obyektiv sübutlarla təsdiqlənmədiyini göstərir. Məhkəmə onu da qeyd edir ki, Baş X5 İdarəsinin Azərbaycan Respublikası İXM-nin 228 və 253.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol vətəndaş Şahid müraciəti əsasında keçirilmiş və xx.xx.2025-ci il tarixli akta əsasən tərtib olunub. Lakin hər bir halda inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs hazırkı kateqoriyalı işlər üzrə məlumatın məzmunu ilə kifayətlənməməli, səlahiyyətləri çərçivəsində araşdırma aparmalı və yekun qərarını da (o cümlədən təqsirli şəxsin müəyyən edilməsi ilə bağlı qərarını) məhz öz araşdırmasının obyektiv nəticələri əsasında qəbul etməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinin tələbinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu səbəbdən təkcə şikayətçinin subyektiv məlumatları əsasında aparılmış yoxlamanın nəticələri inzibati xəta tərkibinin sübuta yetirilməsi üçün yetərli hesab edilə bilməz. Yəni bu kimi hallara araşdırma zamanı toplanmalı olan digər sübutların məcmusu nəzərə alınmaqla qiymət verilməlidir. O cümlədən, bu növ araşdırmalar hər bir halda inzibati xətalar qanunvericiliyi ilə müəyyən olunmuş prosessual qaydalara uyğun aparılmalı, bu zaman inzibati xətalar qanunvericiliyinin digər prinsipləri ilə yanaşı, təməl prinsiplərdən biri olan, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi nəzərə alınmalıdır. Həmin maddəyə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Beləliklə, İXM-nin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarının tələbinə görə şəxsin konkret inzibati xətanı törətməsi halı inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən sübuta yetirilməlidir. Sübutetmə vəzifəsinin icrası zamanı prosessual qaydalar çərçivəsində bütün iştirakçıların qanunla müəyyən olunmuş prosessual hüquqları təmin edilməlidir. Belə ki, məhz prosessual hüquqları təmin ediləcəyi təqdirdə şəxs (o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) dəlillər gətirmək, o cümlədən iş üzrə obyektiv və qərəzsiz qənaətə gəlməyə şərait yarada biləcək sübutlar təqdim etmək imkanı əldə edir. Azərbaycan Respublikası İXM-nin 75.0.2 və 75.0.3-cü maddələrinin tələbinə görə, inzibati xəta haqqında iş üzrə icraat zamanı “inzibati xəta törətmiş şəxs”, habelə “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda göstərilən “müəyyən etmə fəaliyyəti” mötəbər sübutların toplanması və qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı sübutlar inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq toplanmalıdır. Göründüyü kimi, inzibati orqanı tərəfindən Baş X5 İdarəsinin İXM-nin 228 və 253.3.3-cü maddələri ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Beləliklə, məhkəmə işin yuxarıda göstərilən və s. hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin prosessual hüquqlarının təmin olunmaması, təqsirsizlik prezumpsiyasının icraat zamanı ümumiyyətlə nəzərə alınmaması və s. bu kimi prosessual pozuntular üzündən protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs iş üzrə obyektiv və qərəzsiz nəticəyə gəlmək üçün zəruri olan sübutları toplamamış, bu səbəbdən sübutetmə vəzifəsini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 253.3.3-cü maddəsinə əsasən, su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən və s. aidiyyəti müddəalarını nəzərdən keçirdikdə görünür ki, yalnız təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi mümkündür. Şəxsin təqsiri müəyyən edilmədiyi halda isə (hətta inzibati xəta hadisəsi mövcud olubsa da belə) onun inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyil. Məhz bu səbəbdən Azərbaycan Respublikasının İXM-nin yuxarıda istinad olunan 75.0.2 və 75.0.3-cü, habelə s. aidiyyəti maddələri aidiyyəti vəzifəli şəxsin üzərinə inzibati xəta törətmiş şəxsi və həmin şəxsin inzibati xəta törətməkdə təqsirini müəyyən etmək vəzifəsi qoyur. Başqa sözlə desək, aidiyyəti vəzifəli şəxs tək inzibati xəta hadisəsinin mövcud olması faktını deyil, eyni zamanda həmin hadisəni törətməkdə təqsiri olan konkret şəxsi müəyyən etməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Baş X5 İdarəsinin Azərbaycan Respublikası İXM-nin 228 və 253.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Baş X5 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228 və 253.3.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1150/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1150/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver