Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1151/2024 28.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Ağamirzə oğlunun, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən X2 iştirakları ilə xx.xx.1976-cı il tarixdə Salyan rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan 27 noyabr 2024-cü il tarixli, MN № 1954120/1056 və MN № 1954120/1057 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 27 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 27 noyabr 2024-cü il tarixdə məhkəməyə gətirilmişdir. MN seriyalı 1954120/1056 nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallara əsasən, vətəndaş Şəxs xx.xx.2024cü il tarixdə saat 15:40 radələrində radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində uca səslə yüksək səslə nalayiq ifadələrə dəfələrlə yol verərək cəmiyyət içərisində insanların narazılığına səbəb olmuş və həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişdir. 27 noyabr 2024-cü il tarixdə keçən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçinin hüquqi yardımından istifadə etmək istəməsi ilə bağlı fikiri nəzərə alınmış, məhkəmə aparat işçiləri rayon ərazisində fəaliyyət göstərən vəkillərlə mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar, onların məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:40 radələrində Ələt-Astara yolunun 58 km-də Salyan RPŞ-nin DYPB-nin YPX-i inspektoru, polis baş serjantı X9 ilə birlikdə xidmət aparan zaman Salyan RPŞ-nin DYPB-nin YPX-i inspektoru X9 “VAZ 21074” markalı avtomobilin stopları və arxa buferi olmadığı üçün, ona saxlama hərəkəti vermişlər. Sürücüyə yaxınlaşaraq özünü təqdim etdiyi zaman, sürücü onun üzərinə ucadan qışqıraraq, müharibə iştirakçısı olduğunu bildirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü X3r. Həmin vaxt avtomaşının açarını istəyən zaman, sürücü yenə də uca səslə söyüşlər söyərək ictimaiyyəti özünə cəlb edib, polisin qanuni tələblərinə dəfələrlə məhəl qoymamışdır. Sonradan məlum olmuşdur ki, sürücünün etibarnaməsi yoxdur. Avtomaşında sərnişin kimi əyləşən sürücünün atası Şəxs və sürücü Əliyev Ağamirzə onların üstünə dəfələrlə qışqıraraq ünvansız söyüşlərini davam etdirərək, polisin qanuni tələbinə qəsdən əməl etməmişdir. Həmin şəxsləri Salyan RPŞ-nə gətirərək növbəti hissəyə təhvil verildikdən sonra şəxslər barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollarla təqsirli bilmir. xx.xx.2024-cü il tarixdə oğlu Ağamirzə ilə birlikdə istifadələrində olan avtomaşına etibarnamə almaq üçün Salyan Regional “ASAN xidmət” mərkəzinə gedən zaman, oğlunun idarə etdiyi avtomaşının arxa buferi olmadığı üçün Salyan DYPB-nin əməkdaşları onlara saxla işarəsi vermişdir. Həmin vaxt oğlu Ağamirzə avtomaşını saxlamış və yol polisi əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim edərək sənədləri istəmişdir. Sənədlər ona təqdim edildikdən sonra yol polisi əməkdaşı yol hərəkəti qaydalarının pozulduğunu bildirmişdir. Həmin vaxt oğlu Ağamirzə heç bir qayda pozuntusu etmədiyini bildirmiş, həmin vaxt mübahisə yaranmışdır. Mübahisə zamanı nə oğlu, nə də ki, özü nalayiq ifadələr işlətməmişdir. Baş verən hadisəyə görə çox peşmandır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşmandır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, MN seriyalı 1954119/1057 nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs 27 noyabr 2024-cü il tarixdə, Salyan şəhəri ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə 27 noyabr 2024-cü il tarixli, MN № 1954120/1056 və MN № 1954120/1057 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə o, oğlu Ağamirzə ilə birlikdə avtomaşınına etibarnamə almaq üçün Salyan “ASAN xidmət” mərkəzinə gedən zaman yolda oğlunun idarə etdiyi maşının arxa buferi olmadığı üçün Salyan DYPB-nin əməkdaşları onlara saxla işarəsi vermiş, oğlu Ağamirzə maşını saxlamış, polis əməkdaşı onlara yaxınlaşıb özünü təqdim etmişdir. Sənədləri onlardan istəmiş, sənədləri təqdim etdikdən sonra polis əməkdaşı oğlunun 05 gün əvvəl qayda pozuntusu etdiyini bildirmiş, oğlu Ağamirzə isə heç bir qayda pozuntusu etmədiyini bildirmişdir. Bu zaman mübahisə yaranmışdır. Yaranan mübahisə zamanı nə oğlu Ağamirzə, nə də ki, o heç bir nəlayiq ifadə işlətməmişdir. Sadəcə baş verən hadisələrə görə çox peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:40 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində uca səslə nalayiq ifadələr işlətməsi və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdı. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X5 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:40radələrində radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində uca səslə nalayiq ifadələr işlədərək və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, Şəxs İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə fərdi qaydada fəaliyyət göstərən vəkil X4 məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesablarına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil X6 məhkəmə prosesi zamanı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesablarına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1151/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1151/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver