Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1152/2023 28.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun, Borclu Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi (icra məmuru X5) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 28 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-751/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi icra etmir və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru N.F.Mahmudov tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-751/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2, Biləsuvar Rayon Məhkəməsinin 2(057)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq zərərçəkmiş X3 ödənilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-751/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə, Biləsuvar Rayon Məhkəməsinin 2(057)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi isə xx.xx.2023-cü il tarixdə icra olunması üçün Salyan rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirməyərək Salyan Rayon Məhkəməsinin 2(057)-751/2018 saylı, xx.xx.2018-ci il tarixli və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-340/2022 saylı, xx.xx.2022-cil tarixli icra sənədləri üzrə öhdəsində olan cəmi 2800 manat aliment borcunu ödəməmişdir. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 28 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edərək borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Biləsuvar Rayon Məhkəməsi və Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədlərinə əsasən, tələbkarlar X4 və Zərərçəkmiş şəxs2 aliment borcu yaranmışdır. İİİ dərəcə əlilliyi olmaqla, depressiv-nevroz intihara meyilli diaqnozu ilə xəstə olduğunu, xəstəliklə bağlı sənədinin hal-hazırda qüvvədə olduğunu, müəyyən vaxtlarda aliment ödənişlərini etdiyini, bundan qərəzli olaraq yayınmadığını bildirərək barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-751/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyrinə tutulması qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(057)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq zərərçəkmiş X2 xeyrinə tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 21 sentyabr 2023-cü il il tarixli qərarın surətindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-340/2018 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. “İcraata başlama haqqında” 12 fevral 2020-ci il il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(022)-751/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəxs tərəfindən Salyan rayon icra və probasiya şöbəsinə ünvanlanmış 28 noyabr 2023-cü il tarixli izahatından görünür ki, o, icra sənədlərindən xəbərdar olduğunu, lakin işləmədiyindən aliment borcunu tam məbləğdə ödəmədiyini qeyd etmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə aktından görünür ki, Şəxs İİİ dərəcə əlilliyi olmaqla, distiniya, mülayiç dərəcədə ifadə olunmuş uzunmüddətli depressiv-nevroz, intihara meyilli diaqnozu ilə xəstədir. xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən görünür ki, borclu Şəxs tərəfindən 55 manat və 120 manat olmaqla, ümumilikdə 175 manat aliment borcu ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləlikdə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəyə bilməmiş, icra vərəqələri üzrə müəyyən edilmiş aliment borcunu hissə-hissə ödəməklə onu ödəməkdən qəsdən yayınmamışdır. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə müəyyən vaxtlarda aliment ödənişlərini ödəməsi öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs İİİ dərəcə əlilliyi olmaqla, depressiv-nevroz intihara meyilli diaqnozu ilə xəstə olmasını, bu səbəbdən işləməməsi, işləməməsi səbəbindən aliment borcunu tam ödəyə bilməməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1152/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1152/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver