Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1152/2024 29.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) X4 iştirakları ilə, xx.xx.1964-cü ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Qırxçıraq kəndində yaşadığı evin həyətində qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 göstərmişdir ki, Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X7 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş X3 və Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞ-nin X1 göndərilmişdir. Bununla bağlı tərəfindən hər iki şəxs barəsində, o cümlədən X6 barəsində İXM-in 157-ci maddəsi ilə 29 noyabr 2024-cü il tarixli MN № 1954112/1062 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, X6 ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmuşdur. Mübahisə zamanı bir-birlərini nalayiq sözlərlə söymüşlər. Zərərçəkmiş şəxs pivə içib evlərinə gedərək anası ilə mübahisə etmişdir. Sonradan bıçaq götürərək, İmaməli Dadaşovun yaşadığı evə gedərək, evin pəncərəsini sındırməşdır. Sonradan İmaməlinin atası Sədiyar Dadaşov evə gələndə Vahubun evlərinin pəncərəsini sındırdığını görmüşdür. Həmin vaxt aralarında mübahisə olmuşdur. Göstərilənləri nəzərə alaraq X3 barəsində tərtib olunmuş protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, özünü təqsirli bilir. Törətdiyi əməldən peşmandır. xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Qırxçıraq kəndində yaşadığı evinin həyətində qonşusu Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Vahubun əlində bıçaq və daha sonra isə daşla onu və atasını vurmaq istəmişdir. Onlar bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, əsəbi halda olduğu üçün X3 yaşadığı evə əlində bıçaq gedərək onu cəzalandırmaq istəmişdir. Hazırda etdiyi hərəkətə görə peşmandır. Həmçinin bildirmişdir ki, zərər çəkmiş şəxs X6 ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə Salyan rayonu, Qırxçıraq kəndində yaşadığı evin həyətində qonşusu Zərərçəkmiş şəxs döymüş və bununla da o, AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Salyan Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis leytenantı Orxan Axundov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Salyan rayonu Qırxçıraq kəndində yaşayan Zərərçəkmiş şəxs, Salyan rayonu Qırxçıraq kəndində yaşayan X3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat verməklə və Salyan RPŞ-nə etdikləri müraciətlər əsasında tərəfindən araşdırma aparılmış, araşdırma zamanı araşdırılan xüsusatda toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Salyan Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis leytenantı X7 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 noyabr 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə X3 və Şəxs oğlunun barəsində toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, X3 və Şəxs əməllərində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞ-nin X1 göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, 29 noyabr 2024-cü il tarixli MN № 1954112/1062 saylı inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs oğlunun ərizəsindən görünür ki, onlar barışmışlar, zərərçəkmiş şəxsin Şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və sonuncunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. İXM-in 53.1, 53.1.9-cu maddələrinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1152/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1152/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver