Məhkəmə qərarları › İş №3(057)-1153/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1153/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1153/2024 29.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Piriyeva Elnarə Fitat qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sədyar oğlunun iştirakları ilə, xx.xx.2000-ci ildə Salyan rayonu, Qarabağlı kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Qırxçıraq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Salyan Rayon Polis Şöbəsindən (bundan sonra – Salyan RPŞ) məhkəməyə daxil olmuş 29 noyabr 2024-cü il tarixli MN № 1954112/1062 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Qırxçıraq kəndində yaşadığı evin həyətində qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X6 göstərmişdir ki, Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X7 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş Şəxs və X3 əmələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞ-nin X1 göndərilmişdir. Bununla bağlı tərəfindən hər iki şəxs barəsində, o cümlədən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə 29 noyabr 2024-cü il tarixli MN № 1954112/1062 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmuşdur. Mübahisə zamanı birbirlərini nalayiq sözlərlə söymüşlər. Zərərçəkmiş şəxs pivə içib evlərinə gedərək anası ilə mübahisə etmişdir. Sonradan bıçaq götürərək, Şəxs yaşadığı evə gedərək, evin pəncərəsini sındırməşdır. Sonradan İmaməlinin atası Sədiyar Dadaşov evə gələndə Vahubun evlərinin pəncərəsini sındırdığını görmüşdür. Həmin vaxt aralarında mübahisə olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində tərtib olunmuş protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, özünü təqsirli bilir. Törətdiyi əməldən peşmandır. xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Qırxçıraq kəndində yaşadığı evinin həyətində qonşusu Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Vahubun əlində bıçaq və daha sonra isə daşla onu və atasını vurmaq istəmişdir. Onlar bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə izahatı alınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, əsəbi halda olduğu üçün Şəxs yaşadığı evə əlində bıçaq gedərək onu cəzalandırmaq istəmişdir. Hazırda etdiyi hərəkətə görə peşmandır. Həmçinin bildirmişdir ki, zərər çəkmiş şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X5 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış material üzrə Şəxs və X4 oğlunun barəsində toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X4 əmələrində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞ-nin X1 göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi özünün etirafı, zərər çəkmiş şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, 29 noyabr 2024-cü il tarixli MN № 1954112/1062 saylı inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə İXM-in 157-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunın ərizəsindən görünür ki, onlar barışmışlar, zərər çəkmiş şəxsin Şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və sonuncunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. İXM-in 53.1, 53.1.9-cu maddələrinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli MN № 1954112/1062 saylı inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar