Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1155/2025 14.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X4 nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X1 məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il ELSE-CO MMC-yə məxsus Salyan rayonu ərazisində yerləşən “Nilay toyuq” mağazasında formalaşan maye tullantı suları obyektin arxa hissəsinə kənar əraziyə axıdılmışdır. Nəticədə AR Su Məcəlləsinin 103-cu maddəsinin tələblərini pozulmuşdur. Nəticədə Şəxs tərəfindən AR-nın İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt nümayəndə V.Ş.Şəxs izahatı, 15 sentyabr 2025-ci il tarixli, № 000850 saylı akt, ərazinin fotoşəkili ilə təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X15 tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətaya dair protokol tərtib olunmuş Şəxs izahat verərək bildirdi ki, "xxxx" MMC-nin direktoru X16 tərəfindən ona verilmiş etibarnamə üzrə cəmiyyətdə onun adından və səlahiyyətlərinə aid olan işlərin görülməsi ona etibar edilmişdir. Salyan rayonunda MMC-nin açılmış “Nilay” toyuq məhsulları mağazasını təşkili, qanuna müvafiq fəaliyyət göstərilməsi ona həvalə edilmişdir. Sentyabr 2025-ci ilin ortalarında Su nəzarəti İdarəsinin əməkdaşları mağazaya baxış keçirərkən orada pozuntu aşkarlanmışdır. Belə ki, mağazanın fəaliyyəti zamanı yaranan nöqsan maye tullantı sularının kənara axıdılmasının qanunamüvafiq qaydada olması ona həvalə edilmişdir. Lakin işin çoxluğundan və cəmiyyətdə olan digər işlər çox olduğundan həmin işləri vaxtında görə bilməmişdir. Yol verdiyi nöqsanların yaranmasında o səbəbkardır və onların qısa müddət ərzində aradan qaldırılmasını həyata keçirəcəkdir. Belə nöqsanlar bir daha təkrarlanmayacaqdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il ELSE-CO MMC-yə məxsus Salyan rayonu ərazisində yerləşən “Nilay toyuq” mağazasında formalaşan maye tullantı suları obyektin arxa hissəsinə kənar əraziyə axıdılmışdır. Nəticədə AR Su Məcəlləsinin 103-cu maddəsinin tələblərini pozulmuşdur. Nəticədə Şəxs tərəfindən AR-nın İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt nümayəndə V.Ş.Şəxs izahatı, 15 sentyabr 2025-ci il tarixli, № 000850 saylı akt, ərazinin fotoşəkili ilə təsdiq edilmişdir. Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, № 000850 saylı aktdan görünür ki, müvafiq sərəncamına əsasən həyata keçirilən nəzarət tədbirləri zamanı Ələt-Astara yolunun Salyan şəhəri ərazisindən keçən 60-cı km-də yerləşən üzərinə Biləsuvar quşçuluq loqosu və Nilay toyuq məhsulları yazılmış mağazada formalaşan maye tullantıların plastik boru vasitəsilə obyektin arxa hissəsinə, Ə.Quliyev adına Salyan şəhər 4 saylı tam orta məktəbin həyətinə (açıq şekildə yer səthinə) axıdılması müəyyən olundu. Araşdırma zamanı X9 ilə hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN**********) direktoru X16 arasında bağlanmış 06 noyabr 2024-cü il tarixli 2024/11-04/09 saylı icarə müqaviləsinə əsasən Salyan şəhəri Bakı-Astara yolu ünvanında yerləşən 17,6 m2 sahəli 1 mərtəbəli qeyriyaşayış obyektinin 1 il müddətinə, "xxxx" MMC-yə icarəyə verilməsi və nəzərdə tutulmuş digər şərtlərlə yanaşı, sahənin sanitoriya və gigiyena şərtlərinə uyğun istifadəsinin icarəçinin öhdəsinə verilməsi (7.1.5 və 7.1.6 bəndlər) müəyyən olundu. X2 kimi təqdim edən və sözügedən quşçuluq şirkətinin əməkdaşı və mağazanın satıcısı olduğunu bildirən şəxs hər hansı yazılı izahat verməkdən imtina edərək obyektin su təminatının xüsusi maşınla hər dörd gündə bir dəfə olmaqla daşınaraq həyata keçirildiyini və obyektin daxilində olan sanitar qovşaqda formalaşan maye tullantıların obyektin arxa tərəfində olan borudan axıdılmasını təsdiq edərək bununla bağlı şirkət rəsmiləri ilə əlaqə saxlanılmasını bildirdi. Araşdırma müddətində özünü "xxxx" MMC-nin mühasibi Vidadi kimi təqdim edən şəxslə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə saxlanan əlaqə zamanı mağazanın satıcısının müqavilə əsasında şirkətdə çalışdığını və araşdırmada özünün iştirak edə bilməyəcəyini qeyd etdi. Bundan başqa özünü şirkət rəsmisi Anar kimi təqdim edən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon vasitəsilə saxlanan əlaqə zamanı o, qeyd olunan faktın yolverilməz olduğunu və qısa müddətdə aradan qaldıracağını bildirdi. Tərəfindən qanunvericiliyin tələbləri və törədilən əməlin (tullantı suların təyinatsız kənara axıdılması). İnzibati məsuliyyətə səbəb olması izah olundu. Araşdırma ilə əlaqədar əraziyə X24 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı X12 dəvət olundu. O, sözügedən obyektin X19 və kanalizasiya sisteminə qoşulmadığını bildirərək araşdırmada iştirak etməkdən imtina etdi. Bununla da, aşkar edilmiş fakta münasibətdə Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri pozulmuşdur. 06 noyabr 2024-cü il tarixli, 2024/11-04/09 saylı icarə müqaviləsindən görünür ki, X9 ona məxsus Salyan şəhəri, Bakı-Astara yolunda yerləşən ümumi sahəsi 17.6 kv.m. olan, 1 mərtəbəli qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin adından Cəmiyyətin direktoru X13 icaryəyə vermişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs həqiqətən "xxxx" MMC-də (VÖEN **********) satış müdiri vəzifəsində işləyir. İş bölgüsünə əsasən cəmiyyətin nəzdində yaradılan və fəaliyyətdə olan satış məntəqələrinin (mağazaların) sanitar-gigiyenik, kommunal xidmətlərlə əlaqədar rəsmləşmə və digər işlərin qaydalara uyğun təşkilinə habelə təhlükəsizlik normalara riayət olunmasına nəzarəti həyata keçirmək ona həvalə edildiyindən müəssisənin nümayəndəsi olaraq inzibati araşdırmada onun iştirak etməsi məqsədəmüvafiq hesab edilmişdir. Şəxs verdiyi izahatdan görünür ki, "xxxx" MMC-nin direktoru X16 tərəfindən verilmiş etibarnamə üzrə cəmiyyətdə onun adından və səlahiyyətlərinə aid olan işlərin görülməsi ona etibar edilmişdir. Salyan rayonunda MMC-nin açılmış “Nilay” toyuq məhsulları mağazasını təşkili, onun qanuna müvafiq fəaliyyət göstərilməsi ona həvalə edilmişdir. Sentyabr 2025-ci ilin ortalarında Su nəzarəti İdarəsinin əməkdaşları mağazaya baxış keçirərkən orada pozuntu aşkarlanmışdır. Belə ki, mağazanın fəaliyyəti zamanı yaranan nöqsan maye tullantı sularının kənara axıdılmasının qanunamüvafiq qaydada olması ona həvalə edilmişdir. Lakin işin çoxluğundan və cəmiyyətdə olan digər işlər çox olduğundan həmin işləri vaxtında görə bilməmişdir. Yol verdiyi nöqsanların yaranmasında o səbəbkardır və onların qısa müddət ərzində aradan qaldırılmasını həyata keçirəcəkdir. Belə nöqsanlar bir daha təkrarlanmayacaqdır. Məhkəmə qeyd edir ki, təqdim olunmuş materiallardan aydın görünür ki, "xxxx" MMC-yə məxsus ticarət obyektinin arxa hissəsində aparılan araşdırma mahiyyətcə sahibkarlıq fəaliyyətinə dair dövlət nəzarəti olub, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı satış mağazasının sanitar-gigiyenik və tullantı sularının idarə olunması ilə bağlıdır. Və bu zaman "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə əməl olunmalı idi. Buna əsasən, yoxlamanın reyestrdə qeydiyyatdan keçməsi tələb olunur, çünki sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün bu cür yoxlamalar qanuna uyğun şəkildə həyata keçirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X5 tərəfindən aparılmış araşdırma qanuni olmamış, vahid məlumat reyestrində qeydə alınmamış, bu isə yoxlamanın qanunsuz aparıldığını göstərir. Bundan başqa məhkəmə qeyd edir ki, baxmayaraq ki, Vüsaİ Abdullayev izahatında əməli törətdiyini etiraf etmişdir, inzibati məsuliyyət yalnız etirafa əsaslana bilməz. Çünki şəxsin etirafı yalnız digər sübutlarla qiymətləndirildiyi halda hüquqi nəticə doğurur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılır. (həmin tarixdə qüvvədə olan redaksiyaya əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2025-ci il yanvarın 1-dək dayandırılması qeyd olunmuşdur.) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.2-ci bəndinə əsasən yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətinin aparılması və həmin zaman məhdudlaşdırıcı tədbirlərin tətbiqi və bu barədə qərarların qəbul edilməsi sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1155/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1155/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver