Məhkəmə qərarları › İş №3(057)-1156/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1156/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1156/2025 03.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu, Bəşirbəyli kəndində qeydiyyatda olmaqla yaşayan X4 Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29348568 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 İşlər Nazirliyi BDYPİ tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29348568 nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixində istifadəsində olan **-JA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Qobustan rayonu, Cəngi kəndi ərazisində yolda elektron tərəzidən keçən zaman barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə EQ 29348568 nömrəli inzibati tənbehvermə haqqında qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 izahatında göstərmişdir ki, onun yükü 40 ton 260 kq olmuşdur. Normadan aşağı yük olmuşdur. Tərəzidə isə 42 ton 590 kq yük müəyyən edilmişdir. Norma 42 tondur. Tərəzidə yük artıq hesablanmışdır. 18 iyul 2025-ci il tarixdə 600 manat cərimə olunmuşdur. Onun barəsində tərtib olunan qərardan məlumatı gec olmuşdur. Ona hər hansı bildiriş və məktub göndərilməmişdir. Avtomobil şirkətin balansında olduğu üçün şirkət cəriməni ona çıxarmışdır. 10 gün olar ki, şirkət ona məlumat vermişdir. 10 oktyabr 2025-ci il tarixdə şirkət ona protokolu vermişdir. X2 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, ona tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 29348568 nömrəli inzibati tənbehvermə haqqında qərardan məlumatlandırılmamışdır. Şirkət həmin protokolu ona 10 oktyabr 2025-ci il tarixdə təqdim etmişdir. O da, müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Baş X12 tərəfindən ona heç bir məlumat verilməmişdir. Odur ki, müddəti ötürmüş olsa belə, şikayət vermə müddətinin nəzərə alınmasını xahiş etmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hazırki inzibati qərarın ləğv edilməsi barədə materiala dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29348568 nömrəli qərarından görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 18:26-da Qobustan rayonunun Cəngi kəndi ərazisində Mercedes Benz AXOR 1840 YÜK markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və bununla da AR İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Sabirabd Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE N: 16377758 seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1982-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, evli, Salyan rayonu, Bəşirbəyli kəndində qeydiyyatdadır. “Holcim (Azərbaycan)” ASC tərəfindən verilmiş A********** nömrəli X5 görünür ki, Mercedes Benz AXOR 1840 YÜK markalı, ** JA *** dövlət qeydiyyat nişanlı, ** ZJ *** qoşqu nömrəli nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixində saat 17:16-da çəkilərək, müəyyən edilən çəki miqdarı 40.021 kq olmuşdur. “X6” MMC tərəfinən verilmiş 6242/25 nömrəli, xx.xx.2025-ci il tarixli “Kalibrləmə sertifikatı” ilə müəyyən olunur ki, Holcim (Azərbaycan)” ASC-yə məxsus Disomat Tersus şirkəti tərəfindən istehsal olunmuş, 2129 seriya nömrəli avtomobil tərəzisidir. Kalibrasiya labaratoriyası olaraq fəaliyyət göstərən X6” MMC, AZS İSO/İEC 17025:2020 standartına uyğun olaraq AZAK tərəfindən akreditasiya edilmişdir. Barəsində icraat aparılan şəxs X7 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 29348568 saylı inzibati tənbeh vermə haqqında qərardan məlumatlı olmamış və ona bu barədə rəsmi qaydada səlahiyyətli orqan tərəfindən bildiriş göndərilməmişdir. Müvafiq qərar onun çalışdığı şirkət tərəfindən xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. Odur ki, müddəti ötürmüş olsa belə, şikayət vermə müddətini ötürülməmiş hesab edərək, onun müvafiq şikayətinə baxılaraq, təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-nin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. İXM-nin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: - 114.1.1. inzibati tənbeh vermə haqqında; - 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; - 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; - 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2-ci maddəsinə əsasən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir Lakin hazırkı iş üzrə inzibati cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan sonra İXM-nin 125-ci və 57-ci maddəsində göstərilmiş qaydalarda, yəni elektron katinetinə yerləşdirmə, mobil telefon nömrəyə SMS göndərmə vasitəsilə və ya kağız daşıyıcıda çap olunaraq çatdırılması sübut edilmir, bu barədə sübutlar mövcud deyildir. Bu səbəbdə məhkəmə barəsində icraat aparılan şəxs X7 tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, barəsində icraat aparılan şəxsin lazımi qaydada məlumatlandırılmaması onun barəsində qəbul edilmiş, müvafiq qərardan şikayət verilməsi ilə bağlı müddətin axımına səbəb ola bilməz. Məhkəmə barəsində icraat aparılan şəxs X7 tərəfindən müvafiq qərardan şikayət vermə müddətini buraxılmamış hesab edir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə inzibati xətanın törədilməsi haqqında protokolun əsasında qərarın qəbul edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin törətdiyi güman olunan inzibati xətanın məhz kim tərəfindən törədilməsinə dair lazımı qaydada araşdırma aparmadan,müvafiq araşdırmanın aparılmasında barəsində icraat aparılan şəxsin iştirakını təmin etmədən, yalnız elektron nəzarət vasitəsi ilə müəyyən olunmuş xətanın nəqliyyat vasitəsini baş etibarnamə ilə sahibliyində və istifadəsində saxlayan X4 inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilməsi ilə kifayətlənmiş, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, İXM-nin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə törədilməsi iddia edilən İXM-nin 353.2-ci maddəsinin dispozisiya şərtlərinin məhz X7 tərəfindən sübut edən hallar tam əks olunmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokolu tərtib etmiş və onun əsasında müvafiq qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qəbul edimiş qərar qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, X7 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29348568 saylı qərarın ləğv edilməli, yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X4 şikayəti qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair AR DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 18 iyul 2025-ci il tarixli, EQ 29348568 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar