Məhkəmə qərarları › İş №3(057)-1159/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1159/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1159/2023 25.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 27 noyabr 2023-cü il tarixli MN № ******* /1315 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs "xxxx"MMC-nin X3 şöbəsinə məxsus ATS-in istifadəsində olan FO-6 markalı birləşdirici rabitə xəttini zədələyərək 837,85 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 27 noyabr 2023-cü il tarixli MN № ******* /1315 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ-si tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, mövsümü müqavilə əsasında “MKT P-Aqro” məxsus “Conder-9118” markalı, 52-B-106 dövlət qeydiyyat nişanlı pambıq yığan kombayının sürücüsü işləmişdir. Dəqiq tarixi yadında olmadığı, təqribən ay yarım əvvəl müəssisənin göstərişi ilə Salyan rayonu, Xurşud kəndinin ərazisində əkin sahəsinə kombayınla pambıq yığmaq üçün getmişdir. Ona həmin tarixdə saat 15 radələrində telefon xəttini qırdığını demişlər. Lakin onun bu barədə məlumatı olmamışdır. Heç bir xətti qırmamış, onun xətti qırmasını təsdiqləyən heç bir sübut yoxdur. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Salyan RPŞ-nu nümayəndəsi və inzibati xəta haqqında iş üzrə zərərçəkmiş "xxxx"MMC-nin X3 şöbəsinin nümayəndəsi təkrar olaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə Şəxs dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməlidir.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Şəxs təqsirliliyini sübut edən hallar məhkəmədə müəyyən olunmamışdır. Şəxs təqsirini etiraf etməmiş,araşdırmanı aparan orqan da onun təqsirliliyi barədə işə heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə xitam verilməlidir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 43, 53,115, 128- 130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 27 noyabr 2023cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar