Məhkəmə qərarları › İş №3(057)-116/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-116/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-116/2023 03.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki az yaşlı uşağı olan, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 93-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 342.7 və 334.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materialara 03 fevral 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Salyan şəhəri ərazisində “Mercedes 308D mikroavtobus” markalı, **- NO-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən zaman yol hərəkəti qaydalarını pozduğu üçün, DYP əməkdaşları tərəfindən saxlanılmış, araşdırma zamanı məlum olmuşdur ki, Şəxs avtomaşını sürücülük hüququ olmadan nakrkotik sərxoş halda idarə etmişdir. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin Salyan rayon Yol patrou xtdməti inspektoru, polis serjantı X1 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törətdiyi xətaya görə peşman olduğunu göstərərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli, 23 nömrəli aktdan görünür ki, Şəxs sərxoşluq narkotik vasitələrin qəbulu nəticəsində yaranması aşkar olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətaların törədilməsində təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 329.3, 332.1, 342.7-ci maddələri ilə barəsində inzibati qaydada tənbeh tətbiq etmək məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə həmin maddə ilə qərar qəbul olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əmlində məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin faktiki təsdiq olunması qənaətinə gəlməklə hesab edir ki, onun barəsində törətdiyi xətaya görə məsuliyyət müəyyən edilmiş sanksiya çərçivəsində yəni Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43,114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar