Məhkəmə qərarları › İş №3(057)-1180/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1180/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1180/2023 18.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi X4 katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, Barsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X2 iştirakı ilə X2 vermiş olduğu şikayət ərizəsinə və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X3 rayon məhkəməsinə verdiyi ərizəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın və 21 sentyabr 2023-cü il tarixli, MN №1763732 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barsində inzibati xəta haqqında protokol tərtib olunmuş X3 bildirmişdir ki, Yenikənddə yerləşən Şirvan Milli Parkının ərazisində 1985-ci ildən atasına məxsus olan avtoyuma sexində işləyir. Ona Ekologiya və Təbi Sərvətlər Nazirliyindən məktub gəlmiş və məktubda bildirilmişdir ki, 2000 manat cərimə olunmuşdur. xx.xx.2023-cü ildə barəsində protokol tərtib olunarkən xəbəri olmamışdır. İşlədiyi yerə bilmədiyi tarixdə Eytiram Ağayev çıxan tullantıların komunal təsərrüfatı idarəsinə təhvil veriləsi barədə sənədləri təqdim etməsini istəmiş, lakin sənədin olmadığını bildirmişdir. Barəsində protokol və qərar qəbul olunması ilə bağlı cağırılmamış və həmin sənədlərin tərtibi zamanı iştirak etməmişdir. Avtoyuma və avtotəmir sexinin meşə fondu torpağında yerləşmədiyini, qoruq ərazisində yerləşdiyini və iş yerində zibil olmadığını qeyd edərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 bildirmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişləri 12 sentyabr 2023-cü ildə Yenikənd kəndi ərazisində yerləşən Nizami Pirverdiyevin işlətdiyi avtoyuma və təmir məntəqəsinə getmişlər. Obyektin yerləşdiyi torpaq sahəsi Şirvan Milli Parkının ərazisidir.Nizami Priverdiyevin hərəkətləri barədə həmin günü akt tərtib olunmuşdur. Akta əsasən müəyyən olunmuşdur ki, X3 çirkab suları əraziyə axıtmış, zibilləri sexin ətrafındakı torpaq sahəsinə tökmüşdür. Bununla bağlı şəkillər yoxdur. Akt əsasında xx.xx.2023-cü ildə protokol tərtib olunmuşdur. X3 akt tərtib olunanda iştirak etmiş, lakin imza etməkdən imtina etmişdir. Protokol yəqin ki, sexdə tərtib olunmuşdur. Qərar xx.xx.2023-cü il tarixdə qəbul olunmuş və N.Pirverdiyev cərimə olunmuşdur.Sonuncuya məktub ünvanlanmış, lakin qərar qəbul olunması ilə bağlı idarəyə gəlməmişdir. Tərtib olunmuş olunmuş protokol qanunauyğun olduğundan X3 barəsində qəbul olunmuş qərarın dəyişdirilməməsini xahiş edir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, Salyan rayonunun Şirvan Milli Parkı ərazisində avtoyuma və avtotəmir sexində formalaşan maye və bərk tullantıların əraziyə atılmışdır.Həmin protokolun imzalanmasından X2 imtina etməsi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərardan görünür ki, Salyan rayonunun Şirvan Milli Parkı ərazisində avtoyuma və avtotəmir sexində formalaşan maye və bərk tullantıların əraziyə atılması ilə bağlı X3 2000 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixli Ç-BM/4223-279 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 xx.xx.2023-cü il tarixdə saat 15:00-da inzibati xəta haqqında işə baxılması üçün çağırılmışdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, protokol X2 iştirakı olmadan protokol tərtib olunmuş, ondan izahat alınmamış, hüquq və vəzifələri izah olunmamışdır. Protokolda sonuncunun protokolu imza etməkdən imtina etməsi qeyd olunmuş olsa belə, bunun səbəbi araşdırılmamış və hansı səbəbdən imza etməkdən imtina etməsi qeyd olunmamışdır. X3 barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Qeyd olunan maddədə göstərilir ki, 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. 61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. 61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırılırlar. Eyni zamanda sənədlərdən aydın olmuşdur ki, X3 barəsində protokol tərtib olunarkən Azərbaycan Respublikası İXM-nın 100-cu maddəsinin tələblərinə əməl olunmamışdır. 100.1-ci maddədə qeyd olunmuşdur ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmçinin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi kifayət qədər sübut olmadan və iş üzrə mühüm əhəmiyyət kəsb edən faktki halları tam araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-nın 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Həmin Məcəllənin 135.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Göründüyü kimi X3 haqqında protokol tərtib olunarkən qeyd olunan maddələrin tələbləri pozulmuş, protokol düzgün tərtib olunmamış,qeyd olunan natamamlıqların və X2 pozulmuş hüquqlarının bərpası işin hazırkı mərhələsində mümkün deyildir. Ona görə də X3 barəsində tərtib olunmuş protokol və sənədlər həmin sənədləri tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Şikayətçinin 21 sentyabr 2023-cü il tarixli, MN №1763732 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, protokolun ləğv olunmasını qanunvericilik nəzərdə tutmadığından və həmçinin iş üzrə icraata hazırkı mərhələdə xitam verilmədiyi üçün şikayət həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109,134,135-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 oktyabr 2023-cü iil tarixli MN ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar