Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1192/2024 09.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1ində qeydiyyatda olmaqla, Abşüron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 09 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 09 dekabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-182/2024 saylı icra sənədi üzrə borcunu tam qaydada Zərərçəkmiş şəxs1 ödəməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbləri təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. 3, 6 və 12 yaşlarında olmaqla 3 azyaşlı uşağı var. Bakı şəhərində sürücü kimi tikinti işlərində yükdaşıma fəaliyyəti ilə məşğul olur. Hazırda bir neçə aydır ki, işsizdir. Barəsində axtarış qərarı olduğu barədə məlumatı var. Ona görə də, tələbkar Zərərçəkmiş şəxs1 iki dəfəyə 500 manat olmaqla, cəmi 1000 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən ona borcunun bir hissəsinin ödənilməsi təklif edildikdə, hazırda ödəniş edə bilməyəcəyini, alacaqları olduğunu bildirərək, ona möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, dəfələrlə borclu borcunu ödəyəcəyinə dair söz versə də, heç bir ödəniş etməmişdir. Həmçinin tələbkar Zərərçəkmiş şəxs1 şikayətçi olduğunu demişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-182/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5000 manat məbləğində pul və 70 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş xx.xx.2024-cü il tarixdə borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin e-2(057)-182/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin etməsi və 24 iyun 2024-cü il tarixdə Salyan Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə məlumatlandırılmış, Şəxs tərəfindən xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamın ksero surətindən görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə öhdəsində olan cəmi 5070 manat borcundan xx.xx.2024-cü il tarixində 2500 manat, sonrakı aylar isə 500 manat olmaqla borcunu Zərərçəkmiş şəxs1 ödəyəcəyinə söz vermişdir. Əks halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-410/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatı qismən təmin olunması, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)-182/2024 saylı icra vərəqəsi üzrə borclu Şəxs məxsus **- RA-*** qeydiyyat nişanlı “Tofaş Şahin” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “borclunun axtarılması barədə” qərardan görünür ki, borclu, xx.xx.1987-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X2 və Şəxs müştərək qaydada 1844 manat əsas, 455.31 manat faiz, 30.20 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 43.30 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs3-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-293/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 3704.95 manat əsas borc, 496.88 manat faiz borcu, dövlət rüsumu kimi ödənilmiş 62.01 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs2 ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş MilliÖN elektron ödəmə sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən Zərərçəkmiş şəxs1 hesabına 500 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş mpay ödəniş sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2024cü il tarixli qəbzdən görünür ki, inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən Zərərçəkmiş şəxs1 hesabına 500 manat ödəniş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə borclunun himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin borclu bugünə olan borcundan tələbkar Zərərçəkmiş şəxs1 1000 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, borclu borcunu tam olaraq ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 09 dekabr 2024-cü il tarixdə, saat 18:00-dan hesablansın, inzibati həbsin sonu 17 dekabr 2024-cü il, saat 18:00-a hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1192/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1192/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver