Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-12/2023 23.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, uç uşağı olan, işsiz, Salyan rayonu, Bəşirbəyli kəndində qeydiyyatda omaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 17 yanvar 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 17 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-615/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 154 manat miqdarında alimetin tutularaq X2 verilməsi qərara alınmışdır. Hazırda Şəxs 964 manat ödənməmiş aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etmir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 göstərmişdir ki, 6-7 aydır ki, Şəxs icra sənədi üzrə ödəməli olan borcunu ödəmir. Dəfələrlə Şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq alimenti ödəməsini tələb etsəm də, o, müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınır. Zərər çəkmiş şəxs X4 şikayətçidir. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. 17 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, işsiz olduğu və maddi imkanı olmadığı üçün 964 manat məbləğində pulu ödəyə bilməmişdir. İşlədiyi işə görə 450 manat alacağı var. 964 manat pulun 450 manatını ödəmək üçün məhkəmənin ona 23 yanvar 2023-cü il tarixədək vaxt verməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, borclu Şəxs qeydiyyatda olduğu, Salyan rayonu, Bəşirbəyli kəndində yaşamır. - Şəxs 17 yanvar 2023-cü il tarixli izahatından görünür ki, o, günəmuzd fəhlə işləyir və gündəlik qazancı 18-20 manat təşkil edir. - 17 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Şəxs 964 manat məbləğində aliment borcunun 450 manatını ödəmək üçün məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbehi tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-12/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-12/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver