Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1201/2025 29.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan rayonu, Xocalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Salyan rayonu, Xocalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, arada bir narkotik vasitə heroin istifadə edir. O, narkotik vasitə istifadə etməsi ilə bağlı Salyan Rayon Polis X3 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işinə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməsini bildirmişdir. 2025-ci il avqustun 07-də təxminən saat 14 radələrində o, Salyan Rayon Məhkəməsinə getmək üçün yaşadığı evdən çıxdığını bildirmişdir. Həmin tarixdə təxminən saat 15 radələrində o, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Mərkəzi Poçtun qarşısından keçən zaman yol kənarında yerdən 01 ədəd büküm tapmışdır. O, həmin bükümü götürərək içərisinə baxmış və içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin bükümdəki narkotik vasitə heroini istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarın bel nahiyəsindəki boşluq yerinə keçirtmişdir. Sonra o, oradan çıxaraq Salyan Rayon Məhkəməsinə getmişdir. Təxminən saat 18 radələrində Salyan Rayon Məhkəməsinin hakimi Rüstəm Əliyev barəsində olan cinayət işi üzrə hökm çıxararaq ona 01 il azadlıqdan məhrum etmə cəzası vermişdir. Bundan sonra Salyan Rayon Polis Şöbəsinin əməkdaşları gələrək onu rayon polis şöbəsinə aparmış və X6 yerləşdirmişdirlər. O, X5 üzərinin yoxlanmasını, lakin tapdığı içərisində narkotik vasitə heroin olan bükümü tapa bilmədiklərini bildirmişdir. O, 1-ci kameraya yerləşdiririldiyini və kamerada istirahət etdiyini bildirmişdir. 2025-ci il avqustun 08-də təxminən saat 05 radələrində o, kamerada olan zaman tualetə keçərək şalvarının belindəki içərisində narkotik vasitə heroin olan bükümü istifadə etmək üçün çıxartmışdır. O, kameranın içərisində müşahidə kamerası olduğunu və müşahidə kamerasına düşməmək üçün tualetə getdiyini bildirmişdir. Sonra o, gələrək metaldan olan 2 mərtəbəli yatağın birinci mərtəbəsində oturmuşdur. Bu zaman xidmətdə olan polis əməkdaşları şübhələnərək kameraya daxil olmuşdurlar. O, əlindəki içərisində narkotik vasitə heroin olan bükümü polis əməkdaşlarının gördüyünü düşünmüş və gizlətməyə çalışmışdır. Lakin polis əməkdaşları onu tutaraq əlindəki bükümü almağa çalışmışdırlar. Həmin vaxtı o, müqavimət göstərsə də, polis əməkdaşları içərisində narkotik vasitə heroin olan bükümü almışdırlar. Sonra polis əməkdaşları raport yazaraq onu müstəntiqin otağına apardığını bildirmişdir. Müstəntiqin otağında video çəkiliş olmuş, aşkar olunmuş içərisində narkotik vasitə heroin olan bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin narkotik vasitə heroinin 0,35 qram olması müəyyən olunmuşdur. Müstəntiq ondan həmin narkotik vasitə heroinə bənzər kütlə barədə soruşduqda, cəzasının artacağını düşündüyü üçün qorxmuş və həmin narkotik vasitə heroinin onun olmadığını bildirmişdir. Əslində isə həmin narkotik vasitə heroin onun olduğunu, tapdığını, istifadə etmək üçün üzərində gizlətdiyini bildirmişdir. Hazırda CM-nin 234.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə görə cəza çəkdiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixli Salyan Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Salyan Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, ********* nömrəli cinayət işi 2025-ci il avqustun 08-də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 2934.1-ci maddəsi ilə başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb 2025-ci il avqustun 08-də Salyan rayonu, Xocalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs üzərindən xeyli miqdarda təmiz çəkisi 0,195 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülməsi faktı və həmin fakt üzrə toplanmış materiallar olmuşdur. Beləliklə, Şəxs üzərində saxladığı narkotik vasitə heroini xidmətdə olan polis əməkdaşlarına verməyərək polis baş seriantı Mahir Hüseynova boynun ön sol nahiyəsinin sıyrığı, sağ əlin dırnaq falanqasının ovuc səthinin səthi yarası nəticələnən dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Şəxs polis baş seriantı Mahir Hüseynovun qanuni tələbinə məhəl qoymamış, müqaviət göstərərək onun dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olmaqla Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs 2025-ci il avqustun 09-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası CM-in 315 və 234.2-ci maddələri ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs üzərində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etməməsi könüllü təqdim etmə kimi qiymətləndirilmədiyinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X1 göndərilməsi. qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,145 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 oktyabr 2025-ci il tarixdən, saat 11:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1201/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1201/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver