Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1203/2025 03.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ29977110 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixində istifadəsində olan ** JY *** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Şəki rayonu Göybulaq kəndi ərazisindən yolda elektron tərəzidən keçən zaman barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə EQ 29977110 nömrəli inzibati tənbehvermə haqqında qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərəak hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi, X1 yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair vəsatətlə müraciət etməmişdir. Bu səbəbdən də, hesab edirəm ki, onun tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində qəbul edilmiş EQ29977110 saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1203/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1203/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver