Məhkəmə qərarları › İş №3(057)-1204/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1204/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1204/2025 03.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, X1 Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 343.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qaradağ rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP 75966747 saylı qərarından verdiyi şikayəti nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Qaradağ Rayon Polis Şöbəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 343.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli TP 75966747 saylı qərar qəbul olunmuş, həmin qərardan X2 rayon məhkəməsinə şikayət emişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla). Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. X3 Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 343.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qaradağ rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP 75966747 saylı qərar elektron qərar olmadığından həmin qərara şikayət verən şəxsin yaşayış və ya qeydiyyat yeri üzrə baxıla bilməz. Həmin Məcəllənin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati protokol tərtib edilmiş şəxsə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində törədilmişdir. Odur ki, X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 343.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110 və 112-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 343.1-ci maddələrinə əsasən qəbul edilmiş qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar