Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1207/2025 19.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X2 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X1 və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Z.Həmidov adına Salyan rayonu Çuxanlı kənd tam orta məktəbin direktorudur. Azərbaycan Respublikası ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən inzibati xəta törədilmiş müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarla 4000 manat miqdarında cərimə olunmuşdur. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və bildirir ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı qərar təmamilə əsassızdır. Qərarın əsassızlığını aşağıdakı əsaslarla sübut edir. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Əgər inzibati xəta varsa da, həmin kəsilən ağaclar onun direktor olduğu dövrdə kəsilməmişdir və bu ağaclarin kəsilməsinə görə onun heç bir inzibati məsuliyyəti yoxdur. Təqdim edilmiş şəkillərdən də göründüyü kimi kəsilən ağaclarin yerdə qalmış kötüyü uzun illər əvvəl kəsilmişdir. Azərbaycan Respublikası ETSN-nin 3 sayli Ekologiya və Təbii Sərvətlər İdarəsinə ötürülmüş məlumat təmamilə əsassızdır və böhtan xarakterli məlumatdır ki bu məlumat əsasinda onun həmin ağaclari kəsdiyi heç bir sübutla təsdiqini tapmir. Tərtib olunmuş xx.xx.2025 il tarixli MN ******* saylı protokola əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunur ki, xx.xx.2025-ci il saat 11:15-də direktrou olduğu məktəbin həyətində tam bioloji) tam inkişafda olmaqla yaş kökü üstə diametri 4,10,12,16,4,10 sm olmaqla 12 ədəd müxtəlif cinsli ağac və kolların kök boğaz hissələrindən kəsilməsi qeyd edilməklə baş vermiş inzibati xəta faktı təsdiq olunur. İlkin tərtib olunmuş Akt 2 nüsxədən ibarət olmaqla onun iştirakı ilə tərtib olunmalı, baş vermiş qanun pozuntuları akt qeyd olunmalı və onun imzası ilə təsdiqlənməlidir. Razılaşmadığı halda o, aktda müvafiq qeydlər aparmalı və aktın surətini almalı və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəsində protokol tərtib olunarkən bundan onun xəbəri olmamış və narazı qalmağı barədə müvafiq məlumatları idarəyə bildirmişdir. Barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. İnzibati materiala baxılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən fiziki şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəmdə əsassız qərar qəbul edilmişdir. Onun bu qərarın tərtib edilməsindən neç bir məlumatım olmayıb və qərar ona rəsmi göndərilməyib. - Göründüyü kimi, aktın tərtib edilməsi, bundan sonra protokolun tərtib edilməsi və qərar qəbul edilməsi təmamilə əsassızdır. xx.xx.2025-ci il tarixli mn ******* sayli inzibati tənbeh vermə haqqinda qərar rəsmi olaraq göndərilmişdir. İnzibati materialar aşdırılarkən mənim inzibati icraatda iştirakım təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış, mən inzibati xətanın yerində araşdırılmasında iştirak etməmiş və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən vəzifəli şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Protokol tərtib edilərkən ona heç bir məlumat verilməmiş və hüquq və vəzifələri barədə heç bir izahat verilməmişdir. Protokolun mahiyyəti ona izah edilməmişdir. xx.xx.2025 il tarixli MN ******* sayli protokol onun xəbəri və iştirakı olmadan tərtib olunmuşdur və xx.xx.2025-ci il tarixli mn ******* saylı qərar qəbul edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 253.2-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqındaqərar çıxarılır. Yuxarıda qeyd olunanlara əsasən İXM 253.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməlidir. Odur ki, Azərbaycan Respublikası ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, bildirmişdir ki, X5 barəsində tərtib edilmiş protokl qanunsuz və əsassızdır. Belə ki, sözügedən ərazidə kəsilən ağaclar şikayətçi tərəfindən, eləcə də onun direktorluğu dövtründə kəsilməmişdir. Eyni zamanda 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi sözügedən ərazidə ağacların məhz Sübhan Xəlilov tərəfindən kəsilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bundan başqa 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəməyə sübut kimi təqdim etdiyi video 2024-cü ilə aiddir. Belə ki, həmin videokadrdan görünür ki, məktəbin 1974-cü ilin məzunları məzun günlərinin 50 illiyini qeyd etməsi ilə bağlı çəkilmişdir, buna görə həmin müddətin üzərinə 50 il gəldikdə 2024-cü il edir. Bundan başqa kəsilmiş ağac kötüklərindən görünür ki, qaralıb, qısa müddətdə həmin kötüklərin belə qaralması mümkün deyil. 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xəta hadisəsinin baş verdiyi vaxtdan 1 il keçdikdən sonra protokol tərtib etmiş, bununla da müddəti ötürmüş, qanunun tələblərinə əməl etməmişdir. Odur ki, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati Xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərardan şikayət vermiş X5 və qərarı barəsində şikayət verilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2-ci maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 13 noyabr 2025-ci il tarixli iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayət ərizəsini müdafiə edərək qeyd olunan ağacların onun tərəfindən kəsilmədiyini bildirmiş və şikayətin təmin olunması, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 13 noyabr 2025-ci il tarixli iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, protokolda qeyd olunmuş ağacların Sübhan Xəlilovun direktorluğu vaxtında kəsilməsi təsdiqini tapmışdır, bunu sübud edən video və fotoşəkillər vardır. Belə ki, məhkəməyə təqdim olunmuş şəkillərdən görünür ki, həmin ağaclar yeni və yaş kök üstdə kəsilmişdir, təqdim olunmuş diskdə olan videodan görünür ki, həmin məktəbdə 1974-cü ilin məzunlarının 50 illiyi yübileyi keçirilən zaman ağaclar orada olmuşdur, hal-hazırda isə həmin ağaclar orada yoxdur. Bu da sübut edir ki, həmin ağaclar Sübhan Xəlilovun direktor olduğu dövrdə məhz onun göstərişi ilə kəsilmişdir. Buna görə də şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13 noyabr 2025-ci il tarixli iclasında iştirak edən, şahid qismində dindirilmiş Z.Həmidov adına Salyan rayonu Çuxanlı kənd tam orta məktəbin direktorunun təlim-tərbiyə işləri üzrə müavini X4 izahatında bildirmişdir ki, məktəbdə kəsilmiş ağaclar qurumuş ağaclardır, Sübhan Xəlilovun direktor olduğu vaxta məktəbdə ağac kəsilməyib, 25 ildən artıqdır ki, həmin məktəbdə işləyir, orada hansısa direktor tərəfindən ağacların kəsilməsinin şahidi olmamışdır. Məhkəmənin 13 noyabr 2025-ci il tarixli iclasında iştirak edən, şahid qismində dindirilmiş Z.Həmidov adına Salyan rayonu Çuxanlı kənd tam orta məktəbin təsərrufat müdiri X8 da eyni məzmunlu izahat verərək Sübhan Xəlilovun direktor olduğu vaxta məktəbin həyətində ağac kəsilmədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçıları və şahidləri dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli və X5 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci ildə saat 11:15-də X2 direktoru olduğu məktəbin həyətində tam bioloji inkişafda olmaqla yaş kök üstə diametrləri 4,10,12,16,4,10 sm olmaqla 12 ədəd müxtəlif cinsli ağac və kolları kök boğaz hissələrindən kəsilməsi ilə onun tərəfindən İXM-nin 253.2ci maddəsi pozulmuş, o, vəzifəli şəxs qismində 4000 manat cərimə edilmişdir. Təbiətə dəymiş ziyanın hesabat cədvəlindən görünür ki, 12 ədəd müxtəlif cinsli ağacın kəsilməsi nəticəsində təbiətə 1270 manat ziyan dəymişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış materiallar, o cümlədən fotoşəkillər, izahatlar və digər sənədlər X2 və ya onun vəzifəli şəxslərinin İXMnin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiqləmir. Həmin ərazidə ağacların kəsilməsi faktı olsa da, onların məhz şikayətçi tərəfindən kəsilməsini birbaşa və dolayı sübut təqdim edilməmişdir. Bandan başqa məhkəməyə təqdim edilmiş diskdəki video da 2024-cü ilə aiddir. Buna görə də, məhkəmə hesab edir ki, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan obyektiv və subyektiv cəhətlər sübuta yetirilmədiyindən, iş üzrə inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci məddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə -fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş X2 təqsiri, onun inzibati xətanın törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilsin. X2 təqsiri, onun inzibati xətanın törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən barəsində inzibati tənbeh vermə haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-1207/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1207/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver