Məhkəmə qərarları › İş №3(057)-1209/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1209/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1209/2023 12.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1981-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, fərdi sahibkarlıqla məşğul olan, Masallı şəhəri, M.Ə.Sabir küçəsi, ev 11-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı 1654596/1407 nömrəli, 12 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən “RS klub” kafesində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonunda yaşayır. Yaxın qohumu Salyan rayon ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Cəza çəkən qohumu ilə görüşmək istəsə də ona icazə verməmişlər. Həmin vaxt əsəbləşmiş, yol maşını ilə Salyan avtovağzalına gəlmişdir ki, Bakı şəhərinə getsin. Yol kənarında “RS klub” kafesini görüb orada çay içmək istəmişdir. Bağlı otaqda siqaret çəkərkən polis əməkdaşları otağa daxil olaraq ona irad bildirərək siqareti söndürməsini ondan tələb etmişlər. O, əsəblərini cilovlaya bilməmiş, polisin göstərişini icra etməmişdir. Özü nevroz xəstəsidir. Polisdən üzr istəmişdir. Himayəsində az yaşlı uşağı var. Evin yeganə qazanc gətirənidir. Yoldaşı ağır ürək əməliyyatı keçirmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, barəsində tərtib olunmuş inzibati material üzrə səhvini başa düşmüşdür. Peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. Ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Belə ki, arvadı Məmmədova Nuranə ağır ürək əməliyyatı olmuşdur. Ürəyinə stend qoyulmuşdur. Az yaşlı uşağı var, ailənin yeganə qazanc gətirənidir. Vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 izahat verərək göstərdi ki, Salyan şəhəri ərazisində olan zaman qapalı məkanlarda tütün məhsulundan istifadə edən şəxslər barəsində reyd keçirmişlər. Ruslanın kabinetdə oturaraq siqaret çəkdiyini müəyyən etmişlər. Ona irad bildirdikdə, onlarla razılaşmamış siqaret çəkməyə davam etmişdir. Əvvəl onunla mübahisə etmiş, sonra isə şəxsiyyət vəsiqəsini təqdim edərək ona cərimə yazılmasını tələb etmişdir. Səs-küy yarandığı üçün zəng edərək polis çağırmış və onu polis şöbəsinə aparmışlar. Şəxs qanunsuz hərəkətləri mobil telefon vasitəsi ilə çəkilmişdir. Eyni zamanda X3 bildirmişdir ki, Şəxs sonradan onlardan üzr istəyərək, peşman olduğunu, az yaşlı uşağının, xəstə həyat yoldaşının olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: İş materiallarında olan MN seriyalı 1654595/1406 nömrəli, 12 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən “RS klub” kafesində tütün məmulatlarını xüsusi ayrılmamış yerdə istifadə etmişdir. İş materiallarında olan MN seriyalı ******* nömrəli, 12 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 212.1-ci maddəsinin tələbini pozduğu üçün inzibati qaydada 30 manat cərimə edilmişdir. İş materiallarında olan X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Salyan şəhəri ərazisində Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Eltun İsayevlə birlikdə ictimai qayda və ictimai təhlükəsizlik əleyhinə olan inzibati xətalara qarşı keçirilən tədbir zamanı Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən “RS klub” adlı kafedə bir nəfər şəxsin qanunla müəyyən olunmamış yerdə tütün məmulatlarından istifadə etməsini aşkar etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra törətdiyi əmələ görə barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı barədə hüquqi izahlar verən zaman həmin şəxs qəsdən və qərəzli olaraq tütün məmulatlarından istifadə etməyə davam etmişdir. Onlar onu nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də, onlar həmin şəxsi etdiyi əmələ görə barəsində qanuni tədbir görülməsi məqsədilə Salyan RPŞ-yə dəvət etmişlər. Lakin həmin şəxs onlarla birlikdə Salyan RPŞ-yə gəlməkdən imtina edərək onlarla mübahisə etməyə başlamışdır. Onlar da, həmin şəxsi Salyan RPŞ-yə gətirmək üçün köməklik göstərilməsi məqsədilə Salyan RPŞyə NH-ə məlumat vermişlər. Ərazidə xidmət aparan Salyan RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Elçin Əliyev və Ruslan Manafov onlara köməyə gəlmişlər. Onların köməkliyi ilə həmin şəxsi barəsində qanuni tədbir görülməsi məqsədilə Salyan RPŞ-yə gətirmişlər. Salyan RPŞ-də məlum oldu ki, həmin şəxs Masallı şəhəri, M.Ə.Sabir küçəsi, ev 11-də qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Şəxsdur. İş materillarına əlavə olunmuş 1 ədəd CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən “RS klub” kafesində tütün məmulatlarını xüsusi ayrılmamış yerdə istifadə etmişdir və bu əməlindən səmimi peşmandır. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hər tərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digərsübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən “RS klub” kafesində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını, az yaşlı övladının olmasını, ailədə yeganə qazanc gətirən olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və AzərbaycanRespublikasınınİXM-nin 40, 43, 48-51, 61, 114 və 128-131-cimaddələrinirəhbərtutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar