Məhkəmə qərarları › İş №3(057)-122/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-122/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-122/2024 18.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, X6 katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X7, Barsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X3 iştirakı ilə X3 vermiş olduğu şikayət ərizəsinə və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X3 rayon məhkəməsinə verdiyi ərizəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbi Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsi ilə xx.xx.2023cü il tarixli, ******* saylı inzibat tənbeh vermə haqqında qərar qəbul edilərək 2500 manat məbləğində cərimə edilmişdir. Ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, barəsində qəbul edilmiş qərarda onun Ələt-Astara-İran sərhədi avtomobil yolunun mühafizə zolağında mövcud olan Hibiscus kolu tərəfindən götürüldüyü göstərilmişdir. Həmin gül kolu Ələt-Astara-lran sərhədi avtomobil yolunun mühafizə zolağında olmamışdır. Həmin kol tərəfindən küçədə əkilmişdir. Sonradan yeri dəyişdirilərək -kolu həyətinə köçürmüşdür. Lakin buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heç bir təqsirin olmadığı halda inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsi qanunsuzdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 göstərmişdir ki, Qardili kəndində yaşayır.Orada təzə yol çəkilmiş və dağdan torpaq gətirilərək yolun kənarına tökülmüşdür.Yolun kənarında həyətlərindən 10-12 metr aralıda rəhmətlik anası Hibiscus kolu əkmişdir. Həmin gülün torpağın altında qalmaması üçün xx.xx.2023-cü ildə yerdən çıxararaq evə tərəf olan çəpərin yaxınlğında əkmişdir. Kolu çıxarmaq istəyəndə ekologiya idarəsinin işçiləri görmüş və həmin kolun çıxarılmasının qanunsuz olduğu bildirilmişdir. Ekologiya işçiləri gələn vaxt artıq həmin kolu çıxartmışdır. Gələn nümayəndə həmən prosesi çəkmiş, videonu dayandıraraq ondan, bu işi nə etmək istədiyini soruşmuş, yəni ondan pul istəmişdir. Barəsində inzibati protokol yazılmış, lakin özü imza etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə onu ekologiya idarəsinə çağırmışlar, lakin həmin məktub ona çatmamış məktubu həmkəndlisi X5 vermişlər, o da məktubu ona verməmişdir. Təqribən 3 ay bundan əvvəl ekologiyanın xx.xx.2023-cü il tarixli qərarı ona çatmışdır. Xəstələri olduğu üçün şikayət edə bilməmişdir. 3 aydan sonra tanışının məsləhəti ilə şikayət etmişdir. Müddəti ötürdüyü üçün bərpa olunması barədə ərizə vermək istədiyini bildirmişdir. Ağacı dövlət əkməyib, ona görə onu cərimə etmək düzgün deyildir. Bu hal videogörüntüyə çəkilmişdir. Gülün yerinin dəyişdirilməsinin qadağan olmasından məlumatı olmamışdır. Eyni zamanda qərardan şikayət vermə müddətinin bərpa olunması və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində xidməti ərazidə nəzarət tədbirlərini həyata keçirmişlər. Həsənli kəndi ərazisində Ələt-Astara yolunun mühafizə zolağında 2-3 nəfər şəxsin ağac ətrafına toplandığını görmüşdür.Sonradan ağacı çıxarmış şəxsin Yaşar adlı şəxs olduğunu bilmişdir. Ağac yolun mühafizə zolağında yerləşir. Əvvəlcədən çəkiliş aparmağa başlamışdır. Yaxınlaşıb çatan vaxt, artıq ağac kökündən çıxarılmışdır. Bunun qanunsuz olduğunu bildirmiş, Yaşar isə özü əkdiyini, çıxarıb həyətində əkəcəyini bildirmişdir. Ona protokol tərtib olunmuş lakin imza etməkdən imtina etmiş və izahat verməmişdir. xx.xx.2023-cü il tarixdə onun ünvanına məktub göndərilmiş lakin idarəyə gəlməmişdir. Ona görə də 2500 manat cərimə olunmuşdur. Qərar onun ünvanına göndərilmişdir. Torpağın həmin Hibiscus koluna heç ziyanı yoxdur. Qərardan şikayət vermə müddətinin bərpa olunmasını məhkəmənin mülahizəsinə buraxdığını, lakin şikayətin əsassız olduğunu qeyd edərək təmin olunmamasını xahiş etdi. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN-1764286 saylı protokolundan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 noyabr 2023-cü il tarixli, MN-1440828 saylı qərarından görünür ki, X1 fiziki şəxs qismində 2500 manat cərimə olunmuşdur. Məhkəmədə elan olunmuş 82765 saylı 13 noyabr 2023-cü il tarixli aktının surətindən görünür ki, Salyan rayonunun Yenikən kəndi ərazisində Ələt -Astara İran sərhəddi avtomobil yolunun kənarında yolun mühafizə zolağında X3 Hibiscus adlanan kolu tam bioloji inkişafda olmaqla köküstə yaş halda qazıntı apararaq oradan götürülmüşdür. Ev sahibi dəvət olunmuş lakin izahat verməkdən imtina etmişdir. Məhkəmədə elan olunmuş Həsənli P/Ş-nın rəhbəri İ.B.Dadaşov tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli X2 aid olan SS**********6AZ nömrəli məktub çatdırılması üçün X5 verilmişdir. X3 məhkəməyə verdiyi ərizəsində qərardan şikayət etmək üçün nəzərdə tutulmuş müddətin savadsız olması səbəbindən bərpa olunmasını xahiş etmişdir. Məhkəmə şikayətçini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib işdəki sənədləri işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, şikayətçinin mübahisələndirdiyi qərarın ləğv olunması üçün heç bir əsas yoxdur. İş materiallarındakı fotoşəkildən və videodiskə baxış zamanı görünür ki, şikayətçi hər şeydən əvvəl qanunun tələblərinə əməl etmədən icazəsiz olaraq Ələt -Astara İran sərhəddi avtomobil yolunun kənarında yolun mühafizə zolağında Hibiscus adlanan kolu tam bioloji inkişafda olmaqla köküstə yaş halda qazıntı apararaq yerindən çıxarmış və inzibati xətaya yol vermişdir. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli 321 nömrəli Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarının 2.1-ci bəndində qeyd olunmuşdur ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: 2.5.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti; 2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; 2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; 2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması. 2.6. Ərizəçidən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır. 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. 2.8. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir. 2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.10. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.11. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsini üzrlü hesab edərək bərpa olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar