Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1220/2025 16.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Bakı şəhəri DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru, polis serjantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri DYPİ Müşayiət- Eskort Bölüyü YPX inspektoru polis seryantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci iltarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzru icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Xanlar (Bayıl) 2 istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn avtomobillərə yol verərək dönmək istəyən zaman bir neçə avtomobilə yol verdikdən sonra qarşıdan gələn avtomobillərdən biri qarşısında dayanaraq hərəkət etməmişdir. Dəfələrlə hərəkət etməsini bildirsə də o, hərəkətsiz dayanmış və sonda onun avtomobilinin nasaz olması və ya başqa səbəbdən dayandığını görüb və onun mənə işarə edərək hərəkət etməyəcəyini bildirdiyindən sağa dönmə manevri etmişdir. Videogörüntülərə baxılacağı təqdirdə dediklərinin doğru olduğu görünər. Bundan sonra yol polis əməkdaşı ona saxlama əmri verərək saxlatdırmış və o, isə ona kameraya baxmasını və obyektiv araşdırma aparmasını xahiş etsə də qulaq asmamış və əsassız olaraq İXP ******* saylı protokol tərtib etmiş və bildirmişdir ki, "get, kameralara baxdır". Halbuki, protokolu tərtib edən orqan təqsirini sübut etməlidir. O, heç bir qayda pozmadığı halda ona 100 manat cərimə yazılması qanunsuz və əsassızdır. Polis əməkdaşı Qanunun tələblərini pozaraq ona cərimə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-1220/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, X3 barəsində Bakı şəhəri DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru polis seryantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci iltarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən apelyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 3(3-9)-44/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 3(057)-1220/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər, işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin və ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi, X3 yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana və ya məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən də hesab edirəm ki, hazırkı şikayətə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi mümkün deyildir. Odur ki, şikayət geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə X2 izah etməyi zəruri hesab edir ki, Bakı şəhəri DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru, polis serjantı X4 inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətlə həmin orqana və ya məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh tətbiq edilməsi” haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X2 Bakı şəhəri DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru, polis serjantı X4 “inzibati tənbeh tətbiq edilməsi” haqqında qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətlə həmin orqana və ya məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1220/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1220/2025
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver