Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-123/2024 18.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2, Barsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X1 iştirakı ilə X1 vermiş olduğu şikayət ərizəsinə və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X4 rayon məhkəməsinə verdiyi ərizəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X4 verilmiş ştikayətin əsaslı olduğunu qeyd edərək bildirmişdir ki, 03 dekabr 2023-cü ildə Biləsuvar rayonun Mahmudçala Ovçuluq təsəərrüfatı ərazisində lisenziyası olmadan ov etmiş və ekologiya işçiləri tərəfindən tutulmuşdur.Həmin vaxt onda 5 ədəd qaşqaldağ quşu və ov tüfəngi olmuşdur. Ekologiya işçiləri həmin quşları və tüfəngi ondan götürmüşlər. X7 iştirakçısı olduğu üçün ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 şikayətin əsassız olduğunu qeyd edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə hər iki tərəfi dinləyib verilmiş şikayəti və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, inzibati xəta hadisəsi Biləsuvar rayonu ərazisində baş vermiş və həmin yer ərazi aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinin ərazi aidiyyətidir. Ona görə də şikayət və əlavə olunmuş sənədlər həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nın 110.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 110.2. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. 110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 132-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN 144065 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxılması üçün ərazi aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-123/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-123/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver