Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1237/2025 04.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətinə məhkəmənin inzibati binasında (Salyan şəhəri, Əli.Zeynalov küçəsi 91), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Barəsində icraat aparılan şəxs X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessul müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ona təqdim edilməmiş və o, həmin qərarın mövcudluğundan xəbərsiz olmuşdur. Yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə şəxsən müraciət etdikdən sonra ona qərarın sürəti təqdim olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin məktubu mövcuddur və həmin sənəddə qərarın məhz xx.xx.2025-ci il tarixində təqdim olunduğu açıq şəkildə qeyd edilmişdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında qərarı qəbul etmiş inzibati orqanın nümayəndəsi və şikayət verən şəxs X4 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, buraxılmış şikayət vermə müddətinin bərpasına dair ərizə təmin edilməməli və X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayəti geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının surəti xx.xx.2025-ci il tarixdə yenidən rəsmi qaydada X3 təqdim olunmuşdur. Həmçinin şikayət verən şəxs X4 tərəfindən şikayətə əlavə olunmuş və inzibati xəta haqqında iş üzrə icraat materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1498/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarında görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından hüquqi şəxs "xxxx" MMC-nin direktoru X4 tərəfindən şikayət verilmişdir. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasına əsas X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 12 dekabr 2023-cü il tarixindən 19 yanvar 2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Bu əsaslara görə hüquqi şəxs barəsində 04 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* sayı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Yekunda Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1498/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X2 şikayəti təmin edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan MN ******* saylı, xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 12 dekabr 2023-cü il tarixindən 19 yanvar 2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və onunla əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmiş və bununla da AR Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan MN ******* saylı, xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 12 dekabr 2023-cü il tarixindən 19 yanvar 2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və onunla əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmiş və bununla da AR Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozulmuşdur. X1 AR İXM-in 192.1və 192.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın surətinin rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın surətinin rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. İş materiallarından görünür ki, X2 və onun direktoru olduğu hüquqi şəxs "xxxx" MMCnin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olan əsas məhz X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 12 dekabr 2023-cü il tarixindən 19 yanvar 2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və onunla əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmiş və bununla da AR Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozulması olmuşdur ki, bununla bağlı "xxxx" MMc barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inizbati xəta haqqında protokol üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından hüquqi şəxs "xxxx" MMC-nin direktoru X2 şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1498/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin inzibati xəta haqqında protokol ilə hüquqi şəxs və onun direktoru X4 inzibati məsuliyyətə cəlb olunmuşdur ki, hazırki inzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən aşkar olunan hallar olmuşdur. Hazırki inzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb olan hallar məhz eyni dövrdə aşkar olunaraq protokollaşdırılmış inzibati xətalardır ki, hüquqi şəxsin inzibati məsuliyyətə səbəb olması ilə bağlı X2 şikayət verməsi məhz onun və direktoru olduğu hüquqi şəxslə bağlı inzibati icraatın aparılmasından xəbərdar olmasına dəlalət edir. Həmçinin şikayətçi şəxsin vəsatətində inzibati xəta haqqında qərarı məhz xx.xx.2025-ci il tarixdə alması ilə bağlı qeyd olunmalıdır ki, 3-17-5/2/S-80400/2025 saylı məktubla X3 inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı qərar ona yenidən təqdim olunmuşdur. Qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə hesab edir ki, şikayəçi X2 dikretor olduğu hüquqi şəxs barəsində məhz əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı aşkar olunan hallarla bağlı müvafiq olaraq Xətai Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində məhkəmə araşdırmalarının aparılması və həmin araşdırmalarda şikayətçi şəxsin özünün iştirak edərək, hüquqlarını müdafiə etməsi onun hazırki inzibati xəta haqqında qərardan xəbərsiz olması ilə bağlı qeyd etdiklərini inkar edir. Həmçinin həmin qərarında yenidən müraciət olunaraq şikayətçi şəxs tərəfindən alınması həmin qərardan şikayət vermə müddətinin yenindən başlanmasına əsas ola bilməz. Qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan şikayət verilməsi üçün qanunla müəyyən olunmuş 10 günlük prosessual müddətin axımı müvafiq olaraq 2024-cü ilin aprel ayından başlamış hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, buraxılmış müddətlər yalnız bir əsasa - üzrlü səbəblərə görə bərpa edilə bilər. Şikayətçi şəxs tərəfindən müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətin verilməsi üçün X4 tərəfindən buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməməli və şikayət geri qaytarılmalıdır. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Şərh olunanlara əsaslanaraq və İXM-in 57, 114-115, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırovun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətin verilməsi üçün X4 tərəfindən buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-1237/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1237/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver