Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1243/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbini pozması ilə əlaqədar Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Salyan rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:15-də idarə etdiyi “Vaz 21074 minik” markalı, **- UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti inspektorları tərəfindən saxlanılmış, araşdırma zamanı onun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi aşkar edilmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 329.1 və 333.1-ci maddələri ilə İXP seryalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X2 bildirmişdir ki, Şəxs Yenikənd kəndində saxlasalar da protokolu Salyan şəhərində, Salyan RPŞ-nin inzibati binasında tərtib etmişlər. Sürücü müayinə olunarkən çəkiliş aparılmışdır, həmin videogörüntünü məhkəməyə təqdim edə bilər. Sürücünün müraciətinə cavab məktubunu inzibatçı Vasif Talıbov tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində tərtib olunmuş protokolla razılaşmır. 5 ildir ki, içki qəbul etmir. Onu polis əməkdaşları saxlayarkən həkimdən gəlirmiş. Dərman qəbul etdiyindən və həmin günü alma yediyi üçün mədəsində tutşuluq normadan çox olmuşdur. Onu yaşadığı Salyan rayonunun Yenikənd kəndində evlərinin yaxınlığında saxlamışlar. O, içki qəbul etsəydi avtomobili saxlamayıb evinə gedərdi. Məhkəmə iclasında Salyan rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 təqdim etdiyi videogörüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Şəxs 2-3 gün əvvəl 150-200 qram spirtli içki qəbul etdiyini göstərmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə cərimə tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. İş materiallarında olan AC 811043 saylı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor- AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10:53-də çap edilmiş qəbzdən görünür ki, alkoqol tərkibi 0.906 promil olmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı Adil Mənəfov protokolu tərtib etmişdir ondan ötrü ki, Şəxs kəskin spirtli içkinin qoxusu gəldiyi üçün tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Şəxs “Vaz 21074 minik” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili YPXT-nin inspektoru tərəfindən yoxlanılaraq qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur ki, Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. İXM-in 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin hissəsinin 6-cı bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən Şəxs İXM-in 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə iclasında Şəxs əməlində İXM-in 32-33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən sənədlərlə Şəxs İXM-in 333.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli və İXM-in 329.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1243/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1243/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver