Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1244/2024 16.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılna şəxs Şəxs, Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri, N.Nərimanov küçəsi, ev 68 ünvanında yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi (icra məmuru X3) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 16 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 1) Salyan Rayon Məhkəməsinin 2(057)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs1 MMC-yə 5492.40 manat; 2) Salyan Rayon Məhkəməsinin 2(057)-1201/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Azər-Türk Banka 9760.13 manat borcu; 3) Salyan Rayon Məhkəməsinin 2(057)-1542/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi İrşad Electronicsə 3207.4 manat pulu; 4) Salyan Rayon Məhkəməsinin 2(057)-1406/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 3950.86 manat borcu; 5) Salyan Rayon Məhkəməsinin 2(057)-259/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bank of Baku ASC-yə 5320.13 manat borcu; 6) X5 xidmətinin 17153.89 manat borcu ödəməmişdir. Bununla belə, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixdə məktubla məhkəməyə müraciət edərək, protokol və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə məktubu nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Salyan rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli, MN № ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1244/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1244/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver