Məhkəmə qərarları › İş №3(057)-1245/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1245/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1245/2024 16.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu, Qarabağlı kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan (Penoplast istehsalı), Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Salyan Rayon Polis Şöbəsindən (bundan sonra - Salyan RPŞ) məhkəməyə daxil olmuş 16 dekabr 2024-cü il tarixli MN № 1954060/1090 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində fərdi yaşayış evində Şəxs arvadı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 göstərmişdir ki, özü Qarabağlı kəndi üzrə sahə rəisi vəzifəsində işləyir. Hər iki ailəni tanıyır. Bir neçə dəfə ayrı-ayrılıqda onlarla söhbət aparsa da, barışıq mümkün olmamışdır. Protokolu müdafiə edir. Hər hansı bir qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə səhər saat 07:00 radələrində azyaşlı uşağı ağlayan zaman Ayşən onunla sərt rəftar etdiyindən ona etiraz etdikdə Ayşən kobud cavab vermişdir. Bu səbəbdən onu boğazından tutaraq, itələmişdir. Barışmaq üçün dəfələrlə cəhd göstərsə də, Ayşən onunla barışmaq istəmir. Verilən suallara cavab olaraq bildirmişdir ki, yoldaşının telefon işlətməsinə icazə vermir. Ailənin bütün maddi ehtiyaclarını yüksək səviyyədə təmin etsə də, iki aydır ki, uşaqları ilə əlaqə saxlaya bilmir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, şikayətçidir. Onun barəsində inzibati həbslə bağlı tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı o, uşağı ilə kobud rəftar etməmişdir. Raqif onun boğazından tutaraq boğmuş, baş və bədəninin digər nahiyyələrinə əli ilə vurmuşdur. Raqif işə getdikdən sonra o, valideynlərinin evinə getmişdir. Həkim müayinəsindən keçmiş və bədənində xəsarətlər olması öz təsdiqini tapmışdır. O evli olduğu müddətdə valideynlərinin evinə gedib-gələ bilməmişdir, çünki Raqif onun ailəsini bəyənmir. Birgə yaşadıqları dövrdə maddi problemləri olmasa da, hazırda Raqif heç bir köməklik göstərmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əmələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞ-nin X3 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 xx.xx.2024-cü il tarixli, 501 saylı ekspert rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyunun sol və sağ nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə boğazından tutub sıxma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslə barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətlini yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Şəxs əməlində İXM-in 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən İXM-in 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 16 dekabr 2024-cü il tarixdə saat 17:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 16 dekabr 2024-cü il tarixdə, saat 17:30-dan hesablansın, inzibati həbsin sonu 31 dekabr 2024-cü il, saat 17:30 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar