Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1246/2024 16.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu, Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də boru düzən fəhlə işləyən, evli, Salyan rayonu, Cəngən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 16 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 16 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 16 dekabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 883 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyül icra məmuru X3 protokolu müdafiə edərək, hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o icra məmurunun birinci çağırışına getmişdir. Daha sonra atası vəfat etdiyi və “OBA” marketdən işdən çıxarıldığı üçün işsiz qalmış və aliment borcunu ödəyə bilməmişdir. Hazırda yol idarəsində işləyir, aylıq əmək haqqısı 600 manatdır. Ümumilikdə aliment borcundan 350 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, aylıq əmək haqqının ¼ hissəsi miqdarından Elşəndən aliment tutulmuşdur. Biləsuvar rayonunda gəlmişdir, hər dəfə Salyan rayonuna gələrkən yola xərcim çıxır. Məhkəmə iclasından əvvəl onun plastik kartına 350 manat ödəniş edilmişdir. Hazırda borcludan şikayəti yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-432/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Şəxs qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi (1/4 hissəsi) miqdarında aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin borclunun əmək haqqısından məcburi tutulması barədə təklifdən görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Şəxs qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi (1/4 hissəsi) miqdarında aliment Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclunun bu günə 3 aylıq aliment borcu yaranmışdır. Borclu Şəxs əmək haqqından 3 aylıq aliment borcu tam ödənilib qurtarana qədər tutulma hər ay 50 % həcmində aparılıb Zərərçəkmiş şəxs bank hesabına köçürülməli, aliment borcu ödənilib qurtardıqdan sonra tutulmalar Şəxs qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi (1/4 hissəsi) həcmində davam etdirilməlidir. 1. Tələbkara və borcluya tutulmanın hansı dövrə aid olması, tutulmuş pulun köçürülməsi barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməlidir. 2.Tutulma və məbləğin verilməsi, alınmalı məbləğ ödənilərək və vaxtaşırı ödəmələrin (alimentin və s.) müddəti qurtaranadək mütamadi aparılmalıdır. 3. Borclu işdən çıxdıqda icra sənədində tutulmalar haqqında qeydiyyat aparılmalı və icra vərəqəsi dərhal mühasibin imzası və idarənin möhürü ilə təsdiq edildikdən sonra Salyan rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Eyni zamanda borclunun iş yeri Sizə məlumdursa, təklifi aidiyyəti üzrə göndərməli və bu barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə məlumat verməlisiniz. “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin borclunun əmək haqqısından məcburi tutulması barədə təklifdən görünür ki, Biləsuvar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(022)-432/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Şəxs qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi (1/4 hissəsi) miqdarında aliment Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs ödənilməyən 4 ay aliment borcu vardır. Ödənilməyən 4 ay aliment borcu ödənilənə kimi borclu Şəxs əmək haqqından hər ay 50 %-i tutulmaqla tutulan məbləği tələbkar Zərərçəkmiş şəxs müvafiq kart hesabına ödənilməsi təmin edilməli, 4 ay aliment borcu tam ödənildikdən sonra borclu Şəxs əmək haqqından tutulma hər ay ¼ hissə miqdarında davam etdirilməlidir. 1. Tələbkara və borcluya tutulmanın hansı dövrə aid olması, tutulmuş pulun köçürülməsi barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməlidir. 2.Tutulma və məbləğin verilməsi, alınmalı məbləğ ödənilərək və vaxtaşırı ödəmələrin (alimentin və s.) müddəti qurtaranadək mütamadi aparılmalıdır. 3. Borclu işdən çıxdıqda icra sənədində tutulmalar haqqında qeydiyyat aparılmalı və icra vərəqəsi dərhal mühasibin imzası və idarənin möhürü ilə təsdiq edildikdən sonra Salyan rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Eyni zamanda borclunun iş yeri Sizə məlumdursa, təklifi aidiyyəti üzrə göndərməli və bu barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə məlumat verməlisiniz. “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Salmanov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-432/2024 saylı icra sənədinin icrasının təmin etməsi və 18 noyabr 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi tələb olunmuş, əks halda inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırılmış, borclu xəbərdarlıq məktubunu xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs bank hesabına 250 manat ödəniş etmişdir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Biləsuvar Rayon Məhkəməsinin 2(022)-432/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1246/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1246/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver