Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1258/2023 19.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ İHakim Səmədov Ağraz Hacırza oğlunun sədrliyi, Hakim köməkçisi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 dekabr 2023-cü il tarixdə idarə etdiyi “VAZ 21093 minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu ərazisində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq saxlanılmış, araşdırma zamanı onun avtomaşını narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi məlum olmuşdur. Bununla əlaqədar olaraq Salyan rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 5-6 gün əvvəl heç bir səbəb olmadan Salyan şəhər dairəsində idarə etdiyi avtomobil saxlanılmış, araşdırma zamanı onun avtomaşını narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi məlum olmuşdur. Narkotik maddə olan marixuananı 07 dekabr 2023-cü il tarixdə toyda çəkmişdir. Törətdiyi əməlindən peşimandır. 3 uşağı var. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam təsdiq olunur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli, 384 saylı aktdan görünür ki, sürücü Şəxs avtomaşını narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İş materiallarında olan AE 513448 sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “ B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində tərtib olunmuş protokolda Azərbaycan Respublikası İXM-nin 327.1 və 329.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından həmin maddələr üzrə qərar qəbul olunması mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırıma növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-1258/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1258/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver